“Hücumda ABŞ də məsuliyyət daşıyır”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Xarici İşlər Nazirliyi İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdə ABŞ-nin də məsuliyyət daşıdığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda deyilir.
Məlumatda qeyd olunub ki, İsrailin İrana qarşı zərbələri ABŞ-nin koordinasiyası və icazəsi olmadan baş verə bilməzdi.
Bəyanatda, həmçinin vurğulanıb ki, İran İsrailə qarşı cavab tədbirləri görmək hüququna malikdir.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi məmurları həlak olub. ABŞ dövlət katibi Marko Rubio isə öz növbəsində ABŞ-nin İrana endirilən zərbələrlə əlaqəsinin olmadığını deyib.
Baxış sayı:99
Bu xəbər 13 İyun 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















