Hücumlardan əziyyət çəkən uşaqları xatırlayın! Zaxarova
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Kiyevdəki səfiri Katerina Maternovaya Donbasda Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində əziyyət çəkən uşaqları xatırladıb.
Globalinfo.az xəbər verir ki, bu barədə diplomat özünün Teleqram kanalında paylaşım edib.
Zaxarova paylaşımına Maternovanın Kiyevdə baş verən kütləvi hücum zamanı gecəni sığınacaq əvəzinə tualetdə keçirdiyini əks etdirən fotonu da əlavə edib.
Rusiya XİN sözçüsü qeyd edib ki, Donbas sakinləri illərdir Ukrayna Silahlı Qüvvələrinin atəşləri səbəbindən zirzəmilərdə gizlənməyə məcbur qalır, həyatlarını riskə ataraq atəş altında ərzaq axtarırlar. Onun sözlərinə görə, bölgədə yaşayan uşaqlar davamlı hücumlar fonunda ağır psixoloji və fiziki əzablar çəkiblər.
Zaxarova vurğulayıb ki, Katerina Maternova bombardman şəraitində yaşamağın real dəhşətlərini çatdıra bilməyib. O bunu səfirin uzun illər rahat şəraitdə yaşaması və ifadə tərzi ilə əlaqələndirib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 03 Fevral 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















