Icma.az
close
up
RU
Hulusi Kılıç: Prezident Əliyev BMT kürsüsündən master klass keçdi

Hulusi Kılıç: Prezident Əliyev BMT kürsüsündən master klass keçdi

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı ilə bağlı açıqlama verib.

APA xəbər verir ki, diplomat prezident İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqinin çox fərqli, maraqlı və zənginliyi ilə seçildiyini bildirib.

O həmçinin bildirib ki, İlham Əliyev tərəfindən verilən mesajlar sadəcə Azərbaycan üçün deyil, o dəyərli sözlər həm də bütün bəşəriyyətin gələcəyinə işıq tutan böyük dövlət xadiminin hamı üçün çox faydalı ola biləcək məsləhət və tövsiyələri idi.

“Dünən insanlıq, dünya səviyyəli bir dövlət ağlının çözülməsi faktiki qeyri-mümkün görünən problemləri qrossmeyster ustalığı, zəkası ilə necə həll etdiyinin həm də bir növ tarixçəsini eşitmiş oldu. Prezident İlham Əliyev BMT-nin ali kürsüsündə öz dərin məzmunlu çıxışı ilə ölkə, ümumbəşəri, o cümlədən də regional məsələlərlə bağlı çox aydın, onların həllinə məntiqli yanaşması ilə bir daha insanlığa sözün əsl mənasında master-klass keçdi.”, - o deyib.

Kılıç prezident Əliyevin ilk cümləsinin həqiqətən də çox-çox önəmli, tutarlı və hədəfə yönəlmiş çox sərrast ifadə olduğunu deyib.

“Burada əvvəllər çıxış edərkən Ermənistanın ərazilərimizi işğalından, qaçqın və məcburi köçkünlərimizlə bağlı problemlərdən danışardım. Amma indi münaqişə bitib. Yeni bir reallıq yaratmışıq.”, - deyə dövlət başçısının sözlərindən sitat gətirən sabiq səfir hörmətli Prezidentin 30 il Azərbaycanın ərazilərinin işğalına göz yumanlara öz kəsərli sözünü deməklə yanaşı, əzilən xalqlara, zülmə, istismara, işğala məruz qalmış ölkələrə ümid ola biləcək ismarışlar da verdiyini deyib.

Daha sonra Kılıç sözlərinə belə davam edib: “Biz təslim olmadıq, əyilmədik, dik durduq, milli qürurumuzu qoruyub saxlamağı bacardıq və haqsız işğala son qoyduq. Haqsızlıqla barışmadıq. BMT, ATƏT başda olmaqla beynəlxalq təşkilatların bizim ən ağrılı problemimizə faktiki laqeyd münasibətinə rəğmən ədaləti özümüz bərpa etdik və bu mənada hamıya nümunə olduq” dedi. Cənab Prezidentin ilk cümləsini çıxışı dinləyən, o salonda olan və yaxud olmayan hər kəs belə başa düşdü: Əsla ədalətsizliyə, zülmə, işğala boyun əyməyin, haqqınızı qoruyun!”

Türkiyəli diplomat bir məqamı xüsusi ilə vurğulamaq istədiyini bildirib sözlərinə belə davam edib:

“Xarici siyasətimiz tam praqmatik ənənələr üzərində qurulub. Biz regionda və dünyada sülh və ümumbəşəri barış üçün səylə çalışan dövlətik. Əlbəttə, bu məsələdə öz qatqısı olan ölkələrin rolunu və iştirakını, səylərini də alqışlayırıq. Məsələn: ABŞ Prezidenti cənab Donald Trampın ikinci prezidentlik dövrü başlayandan bəri dünyada sülh üçün atdığı addımları, həmçinin ölkəmizlə əlaqələrin inkişafına verdiyi töhfələri Azərbaycan təbii ki, yüksək qiymətləndirir. Bu il avqustun 8-də Vaşinqtonda Ermənistanla əldə olunmuş və bilavasitə cənab Trampın şahidliyi ilə imzalanmış razılaşmalar təkcə region üçün deyil, bütün qitə və dünya üçün müstəsna əhəmiyyətli tarixi sənədlərdir. TRİPP marşrutu, yəni Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razlaşmalardan hamı faydalanacaq. Mən bu məqamda bir fikri özəlliklə qeyd etmək istərdim. Can Azərbaycanın Prezidenti- Prezidentim , Zəngəzur dəhlizi məsələsini gündəmə gətirəndə bəzi regional və qeyri-regional dövlətlər buna qarşı çıxan bəyanatlar verirdilər. Prezident İlham Əliyev dərin strateji zəkası, səbri, taktiki gedişləri və dövlət xadimi kimi çox yüksək bacarıqları ilə bütün bu oyunları ciddi qarşıdurmalar yaratmadan həll etdi. Sadəcə bu faktın özü sübut edir ki, can Azərbaycan və bütün türk dünyası necə bir dahi şəxsiyyətə, əsl müdrik dövlət xadiminə malikdir. Hazırda yol göstərən, bizim türkcəmizlə desək “çözüm üreten” lider sayı dünyada təəssüf ki, çox deyil. Azərbaycan və Türkiyə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan gerçəkdən də bəşəriyyətə tarixi xidmətlər, o cümlədən də doğru yolu göstərən dövlət xadimləridir. Bu mənada bizim birliyimiz, sarsılmaz tellərlə bir-birimizə bağlılığımız, həmrəyliyimiz və xalqa xidmətə əsaslanan siyasi iradəmizin özü belə hamıya örnəkdir. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər sadəcə mövcud deyil.”

O həmçinin Azərbaycanın sürətlə inkişaf etdiyini, iqtisadi göstəricilərinin ildən ilə daha da yaxşılaşdığını bildirib və qeyd edib ki, ölkəmiz Avropanın indiki ağır durumunda onun enerji təhlükəsizliyində çox mühüm rol oynayır. “Avropalılar da Azərbaycanımızın onlara verdiyi bu faydanı gərək lazımınca qiymətləndirsinlər. Bilirsiniz, bu işlər sadəcə sözlə, danışmaqla olmur. Azərbaycan müstəqil siyasi kursuna görə illərlə təzyiq altında olub. Ancaq bu təzyiqlərə dözüb və öz yolundan, siyasətindən geri durmayıb. Bəzən bəzilərinə elə gəlir ki, bunlar rahat, asan olan məsələlərdir. Əsla belə deyil. Bu nailiyyətlərin arxasında çox böyük zəhmət, dəmir iradə və bacarıq dayanır.”, - qeyd edib.

Sabiq səfir həmçinin bildirib ki, Azərbaycan xalqı, türk dünyası, bəşəriyyət Prezident İlham Əliyevin hər addımında sadalanan keyfiyyətləri çox yaxşı görür və yüksək qiymətləndirir. COP 29, Qoşulmama hərəkatındakı uğurlarının sadəcə bizim üçün deyil, hamıya faydalı olan nailiyyətlərdir.

Kılıç sonda Qafqazlardan doğan sülh günəşinin işığının indi dünyanı daha aydın yola istiqamətləndirdiyini deyib.

“Hələ biz yolun başındayıq. Çox qısa zamanda Asiyadan Avropaya uzanan “Orta dəhliz” üzərindəki hər bir ölkə, xalq ondan faydalanmağa başlayanda görəcək və başa düşəcək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hansı miqyasda olan bir tarixi qərar verərək onu reallığa çevirib. Heç şübhəsiz ki, bu gün olduğu kimi gələcəkdə də praqmatik dünya tarixin bu həlledici, yeni dünya düzəninin qurulduğu dövründə Qafqazlara sülhü gətirən, sülh gündəliyini yaradan Azərbaycana, onun Böyük Liderinə mütləq minnətdar olacaq."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Sentyabr 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri