Icma.az
close
up
RU
Hulusi Kılıç: Türkiyə Azərbaycan qardaşlığı dağ kimidir, heç kəs onu silkələyə bilməz

Hulusi Kılıç: Türkiyə Azərbaycan qardaşlığı dağ kimidir, heç kəs onu silkələyə bilməz

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Son günlər Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkələrdə Azərbaycanla bağlı mütəmadi dezinformasiya xarakterli xəbərlər yayılıb.

Türkiyə hökumətindəki mənbə  bu məsələnin Türkiyənin rəsmi dairələri tərəfindən araşdırıldığını bildirib.

“Artıq bununla bağlı araşdırma və təhlillər aparılır. Azərbaycan tərəfi ilə də məsələ üzrə fikir mübadiləsi aparılıb. Bu cür xəbərlərin yayılması Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zərər verə bilməyəcək qədər kiçik nüanslardır”, - mənbə qeyd edib.

Qeyd edək ki, Türkiyənin bəzi media orqanları son günlər Azərbaycanla bağlı mütəmadi olaraq dezinformasiya xarakterli məlumatlar yayırlar. Bu məlumatlar daha sonra sosial şəbəkələrin Türkiyə seqmentində müzakirə olunur.

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir qeyd edib ki, onlar Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar. “Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, - Alptekin Cihangir İşbilir vurğulayıb.


Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Sherg.az-a bildirib ki, iftira, yalan, böhtan, pis niyyət və düşmən hisslərlə yayılan xəbərlər Türkiyə–Azərbaycan qardaşlığını sarsıda bilməz:

"Türkiyə–Azərbaycan qardaşlığı dağ kimidir, heç kəs onu silkələyə bilməz. Azərbaycanın Fələstin və Qəzza üçün etdikləri hamıya məlumdur. Rəsmi Bakı 1992-ci ildə Fələstini tanıyıb. 2010-cu ildə isə Bakıda Fələstin səfirliyi açılıb. Mən həmin dövrdə Azərbaycanda səfir idim. Bu ölkənin Fələstin səfirliyi üçün göstərdiyi yardımların şahidi olmuşam. Bundan başqa, 3 il öncə Azərbaycan Ramallahda diplomatik nümayəndəlik açdı. Qəzza ilə bağlı isə üzərinə düşən hər bir işi görüb. Ankaranın iştirak etdiyi bütün qərarlarda Bakı da iştirak edib, mövqeyini ortaya qoyub. Bir müddət əvvəl Türkiyədəki bəzi satqın çevrələr SOCAR-ın İstanbul ofisinə hücum etmişdilər. O vaxt mən bunu ən kəskin şəkildə qınamışdım. Haradan qaynaqlandığı bəlli olmayan, xaricdən qidalanan bu xəyanətkar çevrələrə demək istəyirəm ki, onların buradan bir şey qazanması mümkün deyil. Çünki biz bir millətik. Lazım gəldikdə də bir dövlət kimi hərəkət edirik. Şuşa Bəyannaməsi bunun ən gözəl sübutudur. Türküstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan bizim qardaşlarımızdır, amma Türkiyə ilə Azərbaycan əkiz qardaşdır. Heç bir xarici təsir bu qardaşlığı sarsıda və poza bilməz".


Sabiq səfir əlavə edib ki, xarici qüvvələr yalan kampaniyalarının puça çıxdığını görəcəklər:

"Üstəlik, onların məqsədləri də aydındır: Bir tərəfdən BMT Baş Assambleyası çərçivəsində həm Azərbaycanın, həm də Türkiyənin Nyu-Yorkda apardığı uğurlu təmasları kölgə altına salmaq, digər tərəfdən isə gələn həftə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvəsini gözdən salmaqdır. Amma mən bir söz deyirəm: "it hürər, karvan keçər"".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri