Icma.az
close
up
RU
Hulusi Kılıç: Türkiyənin gücü Azərbaycanın gücüdür SÖHBƏT

Hulusi Kılıç: Türkiyənin gücü Azərbaycanın gücüdür SÖHBƏT

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Sabiq səfir: Laçında keçirilən görüş təkcə bu üç ölkənin deyil, bütün türk və İslam dünyasının qürur mənbəyinə çevrildi


Hava yolu xalqın yoludur, hava yolu insanlığın yoludur


28 May – Azərbaycanın müstəqillik tarixində mühüm gündür. Bu il Müstəqillik Günü ikiqat əhəmiyyət daşıdı. Bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü qeyd olundu, digər tərəfdən isə Laçında – işğaldan azad edilmiş torpaqda, dağların qoynunda inşa olunan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu önəmli tədbir Azərbaycan, Türkiyə və Pakistan liderlərini Laçında bir araya gətirdi. Burada üç qardaş ölkə arasında ikinci Zirvə Görüşü keçirildi. Həm siyasi, həm də hərbi əməkdaşlıq baxımından strateji əhəmiyyətə malik olan bu görüş regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.


Mövzu ilə bağlı Sherg.az olaraq Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıçla həmsöhbət olduq.


Müsahibəni təqdim edirik:


- Salam, Hulusi bəy. Mayın 28-i Azərbaycan tarixində həm rəmzi, həm də real mənada ikiqat bayram yaşandı. Bu barədə nə düşünürsünüz?

-28 may tarixində Azərbaycanda iki önəmli bayram qeyd olundu. Birinci bayram – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə Müstəqillik Günü idi. Bu əlamətdar gün ölkə boyunca böyük coşqu ilə qeyd edildi. İkinci önəmli hadisə isə – Laçın Beynəlxalq Hava Limanının açılışı idi. Bu, həm də laçınlıların dünya ilə birləşdiyi mühüm və rəmzi tədbirə çevrildi. Laçında açılan yeni hava limanı bütün azərbaycanlılara böyük sevinc və qürur yaşatdı. Hər kəs bayram sevinci içində idi. 


-Laçın Beynəlxalq Hava Limanının açılışını xüsusi edən nə idi?

-Unutmayaq ki, Laçın 30 il ərməni işğalı altında qalmışdı. Lakin Azərbaycanın güclü lideri və ordusunun müdrik siyasəti nəticəsində Laçın bir güllə belə atılmadan azad edildi.

Azərbaycan, Türkiyə və Pakistan liderləri Müstəqillik Günü münasibətilə Laçında bir araya gəldilər və burada Laçın Beynəlxalq Hava Limanının açılışını etdilər. Qarabağ müharibəsi zamanı həm Türkiyə, həm də Pakistan Azərbaycana mənəvi, siyasi və diplomatik dəstək göstərmişdi. Prezident İlham Əliyev də hər iki ölkənin əsl dost və qardaş olduğunu qiymətləndirərək, onların liderlərini bu mühüm açılışa dəvət etdi.

Bu münasibətlə Laçında Türkiyə-Azərbaycan-Pakistan arasında ikinci Zirvə Görüşü də keçirildi. 


-Bu Zirvə Görüşünün Laçında keçirilməsi ilə dünyaya verilən əsas mesaj nə idi?

-Bu görüş zamanı dünyaya verilən əsas mesaj üç qardaş ölkə arasındakı birlik və əməkdaşlıq idi. Bu mesaj heç bir ölkəyə qarşı yönəlməyib. Sadəcə üç dost və qardaş xalqın birliyi, həmrəyliyi nümayiş olundu. Birlik gücdür və bu birlik vasitəsilə Azərbaycan, Türkiyə və Pakistan öz gücünü, həmrəyliyini dünyaya göstərdi. Yeni dünya nizamında bu üç ölkənin gücünü birləşdirməsi strateji baxımdan olduqca əhəmiyyətlidir. Zirvə görüşünün Laçında keçirilməsinin əsas səbəbi isə dəniz səviyyəsindən 1700 metr yüksəklikdə, dağlar qoynunda salınan beynəlxalq hava limanının möhtəşəmliyini və strateji əhəmiyyətini bir daha dünyaya göstərmək idi. Həmçinin bu tədbirdə Laçın Beynəlxalq Hava Limanının insanlığa xidmətə tam hazır olduğu bəyan edildi. Üç ölkə liderinin bu açılışda iştirakı isə dünyanın diqqətini bölgəyə yönəltdi.

Beləliklə, eyni gündə həm bayram qeyd olundu, həm hava limanının açılışı oldu, həm də güclü üçlüyün – Azərbaycan, Türkiyə və Pakistanın – ikinci Zirvə Görüşü keçirildi.



-Azərbaycan-Türkiyə-Pakistan arasında hansı sahələrdə əməkdaşlıq perspektivləri mövcuddur?

-Bu ölkələr əsasən hərbi sahədə əməkdaşlığı daha da genişləndirə bilərlər. Hazırda birgə hərbi təlimlər keçirilir. Gələcəkdə müdafiə sənayesinin inkişafı istiqamətində əməkdaşlıq da mümkündür. Pakistan nüvə silahına malik olan böyük, güclü dövlətdir və texnoloji baxımdan yüksək inkişaf səviyyəsinə malikdir. Eyni zamanda Türkiyənin müdafiə sənayesindəki irəliləyişi və gücü bütün dünyanın diqqətini cəlb edir. Azərbaycanın da bu sahədə təcrübəsi artmaqdadır. Bu üç ölkə müdafiə sahəsindəki bilik və təcrübələrini birləşdirəcək. Bütün bunlar heç bir dövlətə qarşı yönəlməyib. Məqsəd yalnız dünyada baş verən proseslərə uyğun olaraq qarşılıqlı əməkdaşlıq və müdafiə gücünü artırmaqdır.


-Sözügedən üçlüyün yaxınlaşması digər türk və İslam ölkələri tərəfindən necə qarşılanır?

-Üçlü ittifaq – Azərbaycan, Türkiyə və Pakistan – dostluq və qardaşlıqdan doğan əməkdaşlığın nümunəsidir. Laçında keçirilən görüş təkcə bu üç ölkənin deyil, bütün türk və İslam dünyasının qürur mənbəyinə çevrildi.

Türkiyənin gücü Azərbaycanın gücüdür. Eyni şəkildə digər qardaş ölkələr də istənilən vaxt bu üçlü birlikdə yer ala bilərlər. Laçında keçirilən bu zirvə görüşü daimi xarakter daşıyır və gələcəkdə də davam etdirilməsi planlaşdırılır.


-İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun və hava limanlarının yaradılmasını necə dəyərləndirirsiniz?

-Qarabağda artıq üç beynəlxalq hava limanı istifadəyə verilib – birincisi Füzulidə, ikincisi Zəngilanda, üçüncüsü isə Laçında. Beləliklə, dünya 5 ildən az müddətdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində üç beynəlxalq hava limanı inşa etdiyinin şahidi oldu. Bu hava limanları həm turizmin inkişafına, həm də xarici bazarlara məhsul ixracına töhfə verəcək. Hava yolu xalqın yoludur, hava yolu insanlığın yoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri