Icma.az
close
up
RU
“Human Rights Watch”dan Azərbaycana tənqid YAP çı DEPUTAT İSƏ DEYİR Kİ...

“Human Rights Watch”dan Azərbaycana tənqid YAP çı DEPUTAT İSƏ DEYİR Kİ...

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Human Rights Watch” Beynəlxalq İnsan Hüquqları Təşkilatı dünyada 2025-ci il üçün insan haqlarının durumuna dair hesabat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, hesabatın Azərbaycanla bağlı bölümündə hökumətə qarşı sərt tənqidlər yer alıb.

Hesabatda bildirilir ki, Azərbaycanda müstəqil jurnalistlər və hökumətin opponenti olan siyasi qüvvələr həbs edilib.

Sənəddə, həmçinin qeyd olunur ki, qanunvericiliyə edilən dəyişikliklər ölkədə vətəndaş cəmiyyətinin rolunu sıradan çıxarıb.

Milli Məclisin YAP-dan olan üzvü Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında bu hesabatda onun üçün yenilik olmadığını deyib: ““Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” və sair təşkilatlar illərdir ki, Azərbaycana qarşı qərəzli siyasət aparırlar. Ölkədə məhkəmə-hüquq islahatları aparılıb. Bu barədə bir neçə il əvvəl ölkə başçısının “Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi haqqında” fərmanı oldu. Amma biz şahidi olmadıq ki, həmin təşkilatlar bunu Azərbaycanın uğuru kimi təqdim etsinlər. Ona görə də bizim üçün o hesabatlarda nəyin yazılması önəmli deyil. Cənab Prezident bunu Avropa Parlamentinin və AŞ PA-nın qətnamələrinə münasibətdə də ifadə edib”. 

Dünyanın heç bir yerində insan hüquqlarının durumunun ideal olmadığını vurğulayan deputat bildirib ki, Azərbaycan dövləti ortaya çıxan hər hansı  bir problemi həll etmək iradəsini hər zaman nümayiş etdirib: “Ötən illərlə müqayisədə məhkəmələrdə çıxarılan bəraət hökmləri, elə bu yaxınlarda Milli Məclisin qəbul etdiy Amnistiya Aktı dövlətin insan haqlarına verdiyi dəyəri göstərir”.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Fevral 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri