Icma.az
close
up
RU
Humanist dövlət siyasəti cəmiyyətin sağlam inkişafını təmin edən əsas amillərdəndir

Humanist dövlət siyasəti cəmiyyətin sağlam inkişafını təmin edən əsas amillərdəndir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, bu sahədə yeni və səmərəli mexanizmlərin formalaşdırılması Azərbaycan dövlətinin prioritet siyasət istiqamətlərindən birini təşkil edir. Müstəqilliyin bərpasından sonra, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu qətiyyətlə seçmişdir. Bu istiqamətdə atılan ardıcıl addımlar, toplanmış zəngin təcrübə beynəlxalq aləmdə də müsbət qiymətləndirilir. İnsan amilinə verilən yüksək dəyər müasir müstəqil Azərbaycan dövlətinin ideya-siyasi əsasını təşkil etmiş, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin mərkəzində dayanmışdır. Onun sədrliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin möhkəm hüquqi bünövrəsini formalaşdırmış, insan hüquq və azadlıqlarının təminatında fundamental rol oynamışdır. Heydər Əliyevin həyata keçirdiyi dərin və sistemli islahatlar, hüquqi dövlət prinsiplərinə sadiqliyi, humanizm və insanpərvərlik dəyərlərinə əsaslanan siyasəti cəmiyyətin inkişafına güclü təkan vermişdir. Son onilliklər ərzində Ümummilli Liderin müəyyənləşdirdiyi humanist xəttin davam etdirilməsi dövlət siyasətinin əsas xüsusiyyətlərindən biri kimi özünü göstərir. Bu yanaşmanın mühüm təzahürlərindən biri cəzadan azad olunan şəxslərin yenidən cəmiyyətə inteqrasiyasına, onların dövlətin və cəmiyyətin inkişafına töhfə verə biləcəklərinə olan inamdır. Məhz bu möhkəm ideoloji və hüquqi əsaslar üzərində qurulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial şəkildə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin dövlət idarəçiliyində əsas meyarlardan biridir və onun siyasi fəaliyyətinin mərkəzində insanın rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Bu yanaşma ölkədə cinayət-hüquq siyasətinin formalaşmasında da öz əksini tapmış, cəzanın yalnız cəzalandırıcı deyil, eyni zamanda tərbiyəedici mahiyyəti ön plana çəkilmişdir. Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin tam bərpa olunmasını, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edilməsini xalqımızın ən böyük tarixi nailiyyəti kimi qiymətləndirərək humanizm ənənələrinə sadiqliyini bir daha nümayiş etdirmişdir. Bu prinsiplərə əsaslanaraq dövlət başçısı 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Sözügedən təşəbbüs cəzadan azad ediləcək şəxslərin qanunlara hörmətlə yanaşaraq cəmiyyətə faydalı vətəndaşlara çevriləcəklərinə olan inamın ifadəsidir. Bu yanaşma göstərir ki, müasir Azərbaycanda demokratik inkişaf əsas prioritet kimi qorunur, vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir. Multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan dövlət siyasəti beynəlxalq miqyasda da rəğbətlə qarşılanır və vətəndaşlara göstərilən diqqət və qayğı ölkədə aparılan bütün islahatların humanist mahiyyət daşıdığını təsdiqləyir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmiş şəxslərlə bağlı əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. 1995-ci ildən bu günədək qəbul edilən amnistiya aktları yüz mindən artıq şəxsi əhatə etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Zəfər Günü münasibətilə elan olunan amnistiya minlərlə insanın azadlığa qovuşmasına imkan yaratmışdır. Tarixi təcrübə göstərir ki, Ümummilli Lider Heydər Əliyev dövründə də əfv və amnistiya institutlarına xüsusi önəm verilmiş, onlarla əfv fərmanı və bir sıra amnistiya aktları qəbul edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu ənənə daha da genişləndirilmiş, humanist dövlət siyasətinin davamlılığı təmin olunmuşdur. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə də müxtəlif illərdə bir neçə amnistiya aktının qəbul edilməsi bu siyasətin cəmiyyət tərəfindən dəstəkləndiyini göstərir. Bu siyasətin əsas məqsədi insanpərvərlik dəyərlərini qorumaq, sağlam və dayanıqlı cəmiyyət formalaşdırmaqdır. Əfv və amnistiya qərarları məhkumların yenidən cəmiyyətə qayıdaraq faydalı vətəndaş kimi fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradır. Bu addımların ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ölkədə söz azadlığının, plüralizmin və qanun qarşısında bərabərlik prinsipinin real təminatının göstəricisidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən yeni amnistiya aktının əhatə dairəsinə görə ölkə tarixində ən geniş amnistiya olacağı gözlənilir. İlkin proqnozlara əsasən, bu akt iyirmi mindən çox şəxsi əhatə edəcək, minlərlə insanın cəzası tamamilə və ya qismən yüngülləşdiriləcək, bir çoxları isə cinayət məsuliyyətindən azad ediləcəkdir. Layihədə Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, şəhid və itkin düşmüş şəxslərin yaxınları, müharibə nəticəsində əlil olmuş vətəndaşlar, qadınlar, yaşlılar, yetkinlik yaşına çatmayanlar və digər həssas kateqoriyalara aid şəxslər üçün xüsusi güzəştlər nəzərdə tutulur. Eyni zamanda böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzalarının azaldılması və ya ləğvi də layihədə əksini tapır.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bütövləşmiş, qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Azərbaycan beynəlxalq aləmdə siyasi sabitlik, təhlükəsizlik, tolerantlıq və inkişaf məkanı kimi tanınır və nüfuz qazanır. Davamlı yenilənmə, islahatlara açıq olmaq və zamanın tələblərinə uyğunlaşmaq ölkənin dayanıqlı inkişafının əsas şərtidir. Mövcud reallıqlar bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan və vətəndaş amili dayanır, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas prinsip kimi qəbul edir.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri