Humanoid robot şagirdlərə dərs deyəcək
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nyu-York şəhərində ölkənin ən böyük məktəb dairəsində humanoid robot müəyyən dərsləri tədris edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Trending Politics” xəbər platformasının həmtəsisçisi Kollin Reyq X-də dərc olunmuş məqaləsində bildirib.
"Nyu-York şəhər məktəb dairəsi ABŞ-da sinif otağına humanoid robot inteqrasiya edən ilk məktəblərdən biri olacaq. Qərbi Nyu-York aksentinə sahib olacaq Salli Salamanka Liseyində 11-ci və 12-ci sinif şagirdlərinə dərs deyəcək", - deyə o yazıb.
Reyqin sözlərinə görə, Salli adlı robot insana çox bənzəyəcək şəkildə hazırlanacaq. O, qollarını və ayaqlarını hərəkət etdirə biləcək, lakin sinif otağında hərəkət edə bilməyəcək. Şagirdlər robotun onları tanıması üçün platforma ilə sinxronizasiya edə biləcəklər.
Qeyd edək ki, Sallinin qiyməti Nyu-York şəhərindəki orta illik müəllim maaşından (57.000 dollar) aşağıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 İyul 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















