Icma.az
close
up
RU
Hüquq mühafizə orqanları notariuslara qanunsuz göstərişlər verir

Hüquq mühafizə orqanları notariuslara qanunsuz göstərişlər verir

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Təzəcə bilmişəm ki, Azərbaycanda barəsində cinayət işi açılmış şəxslər və hətta onların qohumlarına dair bəzən belə bir məhdudiyyət də tətbiq olunur: etibarnamə vermə imkanı yasaq edilir. Yəni şəxs notariusa etibarnamə təsdiqlətmək üçün gələndə notarius imtina edir. Deməli, kimsə notariuslara belə bir göstəriş verir. Kim? Məhkəmə? İnanmıram. Çünki belə bir məhdudiyyətin qoyulması absurddur və qanuna ziddir”.

Gununsesi.info bildirir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünasın sözlərinə görə, məhkəmə qərarları dərc olunur, buna görə də hansısa hakimin belə özbaşınalığa yol verə bilməsi inandırıcı deyil:

“Ən azı reputasiyası baxımından. Böyük ehtimalla bu qanunsuz göstərişi qeyri-rəsmi olaraq hüquq mühafizə orqanları verir, notariuslar da əsassız olaraq ona əməl edir. Bu tədbir o qədər antihüquqidir ki, heç bilmirəm nə deyim. Hətta azadlıqdan məhrum edilmiş ən qatı cinayətkar belə etibarnamə vermək hüququna malikdir. Kiminsə bu hüquqdan məhrum olunması mülki hüquq qabiliyyətindən məhrum edilməsi deməkdir. Sanki o, kölədir, quldur! Mülki Məcəllənin 25-ci maddəsinə əsasən: 1) mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir; 2) hər kəsin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; 3) insanın hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir; 4) insan hüquq qabiliyyətindən məhrum edilə bilməz. İnsanın hansısa hüququ varsa, qanunla başqa hal nəzərdə tutulmayıbsa, onun həyata keçirilməsini etibarnamə əsasında başqasına həvalə edə bilər. Etibarnamə verə bilmirsə, deməli, heç bir hüququ da yoxdur, dediyim kimi, quldur, kölədir.

Ən əsası isə mən başa düşmürəm ki, bununla nəyə nail olmaq istəyirlər? Hansısa əmlakının satılmasının qarşısını almaq istəyirlər? Bunun qanuni yolu var: həmin əmlaka məhkəmə qərarı əsasında həbs qoydurmaq olar. Yəni məhdudiyyət konkret olmalıdır, ümumi yox. İndi isə belə çıxır ki, şəxs hətta məhkəmədə onu təmsil etmək üçün vəkilə də etibarnamə verə bilmir. Bu biabırçılıqdır… Həqiqətən analoqumuz yoxdur”.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri