Icma.az
close
up
RU
Hüquqi dövlət quruculuğunun təntənəsi

Hüquqi dövlət quruculuğunun təntənəsi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu il – 2025-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Bu mühüm tarixi hadisə xalqımızın dövlətçilik tarixində dönüş nöqtəsi, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin başlanğıcı olmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin siyasi-hüquqi əsasını formalaşdırmış, ölkəmizin uzunmüddətli sabit inkişafına etibarlı zəmin yaratmışdır.

Azərbaycanın konstitusiya tarixi çoxəsrlik dövlətçilik ənənələrimizə, xalqımızın azadlıq və ədalət ideallarına söykənir. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin əsas qanununun hazırlanması mümkün olmasa da, milli konstitusiya quruculuğunun ideya təməli həmin dövrdə qoyulmuşdu. Sonrakı illərdə – Azərbaycan SSR dövründə qəbul edilmiş 1921, 1927, 1937 və 1978-ci il konstitusiyaları ölkəmizin siyasi həyatında mühüm mərhələlər olmuşdur. Xüsusilə 1978-ci il Konstitusiyasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan dili dövlət dilidir” maddəsinin təsbit olunması milli kimliyimizin qorunması baxımından tarixi hadisə idi.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan yeni, müstəqil dövrün tələblərinə cavab verən Konstitusiyanın qəbuluna ehtiyac duyurdu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin edərək, hüquqi dövlət quruculuğu üçün möhkəm zəmin yaratdı. Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və xalqın iradəsini ifadə edən mükəmməl layihə hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizi bu sənədin lehinə səs verdi. 27 noyabrda isə Konstitusiya qüvvəyə mindi.

Konstitusiyanın qəbulu Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu sənəd ölkəmizdə demokratik institutların formalaşmasına, insan hüquq və azadlıqlarının təmin edilməsinə, hakimiyyət bölgüsü prinsipinin tətbiqinə və qanunun aliliyinə əsaslanan yeni dövlət idarəçiliyi modelinin qurulmasına şərait yaratdı.

Konstitusiyanın 48 maddəsi birbaşa insan hüquq və azadlıqlarına həsr edilmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları təmin edilmiş, beynəlxalq hüququn prinsipləri ilə uzlaşan mütərəqqi müddəalar təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası müasir hüquqi dövlət meyllərinə əsaslanaraq konstitusiya ədalət mühakiməsi institutunun – Konstitusiya Məhkəməsinin yaradılmasını nəzərdə tutmuşdur. 1998-ci ildən fəaliyyətə başlayan bu orqan konstitusiya nəzarətinin təmin edilməsində mühüm rol oynayır.

Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildiyi gündən bu günə qədər dövlət idarəçiliyinin bütün sahələrində sabitliyin, hüquq qaydasının və ədalətin təminatçısı olmuşdur. Ötən 30 ildə həyata keçirilən islahatlar və reallıqların dəyişməsi nəticəsində Konstitusiyaya üç dəfə – 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etmişdir. 2016-cı il referendumunda yaradılan Birinci vitse-prezidentlik institutu dövlət idarəetmə modelinə yeni dinamizm gətirmişdir.

Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının prinsiplərinə sadiq qalaraq, dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən güclü, ədalətli və hüquqi dövlətə çevrilmişdir. 2020-ci ilin Vətən müharibəsində qazanılmış Qələbə, 2023-cü ildə ərazi bütövlüyümüzün tam bərpası Konstitusiyanın “Azərbaycan Respublikasının ərazi bütövlüyü toxunulmazdır” müddəasının reallığa çevrilməsi deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş, bununla da Konstitusiyamızın 30 illiyi tarixi Qələbəmizin 5 illiyi ilə eyni dövrdə qeyd olunur. Bu, həm hüquqi dövlət quruculuğunun, həm də milli birliyimizin və azadlığımızın təntənəsidir.

Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi münasibətilə Prezident cənab İlham Əliyevin 10 oktyabr 2025-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı təsis edilmişdir. Bu medal Konstitusiyanın təkmilləşdirilməsi, hüquqi dövlətin möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və dövlət müstəqilliyinin qorunması sahəsində xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.

Ulu öndər Heydər Əliyevin sözləri bu gün də aktuallığını qoruyur: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən tarixi sənəd olsun”. Bu müdrik ideya artıq gerçəkliyə çevrilmişdir – Azərbaycan Respublikası bu gün Konstitusiyasının prinsiplərinə söykənərək, sabitlik, ədalət və milli birliyin təminatçısı olan güclü, suveren dövlətdir.

Elxan Quliyev,

Əməkdar müəllim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri