Icma.az
close
up
RU
Hüquqşünasların 99 faizi bisavaddır KONKRET

Hüquqşünasların 99 faizi bisavaddır KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda normal hüquqşünas çox azdır. Hüquq fakültəsinin diplomuna malik olan o qədər adam var ki! Onların 99 faizi bisavaddır! Hətta deyərdim ki, ölkə miqyasında tanınan hüquqşünasların çoxu belədir. Bunu tam məsuliyyətimlə deyirəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri yenisabah-a vəkil Əkrəm Həsənov deyib.

Onun sözləri görə, hüquq sahəsində başlıca problem dərsliklərlə bağlıdır:

“Azərbaycanda hüquq elmi və təhsili digər sahələrə nisbətən lap bərbad gündədir. Məsələn, dərsliklər yoxdur.

Hüquq elə bir sahədir ki, hansısa xarici kitabı tərcümə edib, onu dərslik kimi təqdim etmək olmur. Axı öz qanunvericiliyimiz var. Misal üçün, sizin sahədə, yəni jurnalistikada bu mümkündür. Eləcə də, fizika, yaxud kimyada. 35 ildir Azərbaycan müstəqil dövlətdir, amma hüquq sahəsi üzrə dərsliklər yoxdur. Dərsliklər olmadığı üçün bu sahədə normal təhsil yoxdur”.

Ə.Həsənov vurğulayıb ki, yerli hüquqşünaslar bilərəkdən elmi dissertasiyalarını gizlədir:

“Öz qızım bir neçə il bundan əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxudu. Mən dəhşətə gəldim. Bizim dövrümüzdə pis-yaxşı təhsil var idi. İndi qəti yoxdur. Nə qədər istəyirsiniz hüquq fakültələri açın, keyfiyyət yoxdursa, nə faydası? Azərbaycanda hüquq sahəsi üzrə dərc olunan ktabların əksəriyyəti boş-boş şeylərdir. Yüksək vəzifələrdə çalışan hüquqşünasların çoxu bisavaddır. İnkişaf etmiş ölkələrdə hüquqşünasın keyfiyyəti dərc etdiyi elmi məqalələrdən, dissertasiyalardan məlum olur. Azərbaycanda isə hüquqşünaslar elmi dissertasiyalarını gizlədirlər. Çünki həmin dissertasiyalar ya bisavad formada yazılıb, ya da xarici materiallardan tərcümə edilib”.

Hüquqşünas qeyd edib ki, keyfiyyətli dərsliklərin hazırlanmasına mütləq şəkildə ehtiyac var:

“Hüquq sahəsində dərs deyən müəllimlərin də 90 faizi bisavaddır. Mən onlara dəfələrlə qulaq asmışam. Hüquq fakültələrində dərs deyənlərin çoxu hakim yaxud vəkil kimi haradasa işləyir. Prestij naminə onlar ali təhsil müəssisələrində dərs deyir. Nə var nə var desin ki, mən də müəlliməm. Yazdıqları məqalələrin əksəriyyəti də cəfəngiyatdır. Biz əgər hüquq sahəsində inkişafa nail olmaq istəyiriksə, normal dərsliklər hazırlamalıyıq”.

Xatırladaq ki, ədliyyə naziri Fərid Əhmədov fevralın 5-də Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda deyib ki, Azərbaycan bazara kifayət qədər hüquqşünas buraxa bilmir. Onun sözlərinə görə, məsələnin həll yolu hüquq ixtisası üzrə universetitetlərə qəbul sayının artırılmasıdır:

“Çünki regionlarda kəskin şəkildə hüquqşünas qıtlığı var. Artıq hüquqşünaslıq elitar peşəyə çevrilib. “Hüquq” ixtisasına daxil olanların topladığı bal 600-dən yuxarıdır. Düzdür, kəmiyyət problemini həll edə bilərik, lakin belə olanda keyfiyyət aşağı düşəcək. Bu baxımdan müvafiq qurumlarla işlər aparılmalı, mərhələli şəkildə ciddi addımlar atılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri