Icma.az
close
up
RU
“Hürriyyət”in baş redaktoruna “elektron qandal”lı ev dustaqlığı seçilə bilməz?

“Hürriyyət”in baş redaktoruna “elektron qandal”lı ev dustaqlığı seçilə bilməz?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Evi, villası yoxdur, yoxsa haqqı, hüququ çatmır?

Qarabağ qaziləri məhbəsə oxşayan evlərini təklif edir

“Hürriyyət”in baş redaktoru, Qarabağ qazisi Vüqar Tofiqoğlunun qəfil saxlanılıb həbs edilməsindən bir aya yaxın vaxt keçir. Ailəsi kimi, hamı onun həbsinin qanunsuzluğundan, ədalətsizlikdən danışır. Yadıma yunan filosofu Sokratın həbsinin qanunsuz olmasına verdiyi cavab aforizmi düşdü: “Bəs siz istəyirdiniz ki, həbsim qanuni, ədalətli olsun?”

Həbsin qanunsuzluğu kimi, qətimkan tədbirinin seçilməsi də ədalətsiz, antihumanist qərardır; Prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” Sərəncamının tələblərinə zidddir. Prezident məhkəmələrə tövsiyə edib ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar. Araşdırılıb, yoxlanılıbmı? Yox! Nədən ittihamın öncə bir cür, sonda tamama başqa olduğu üzə çıxıb.

PA-nın, AMEA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətə qarşı ən ağır cinayətdə ittiham olunması və barəsində həbslə bağlı olmayan ev dustaqlığı seçilməsi  yaşının çoxluğu ilə izah edilir. Olsun, bəs cavan yaşamlarını dövlətin, vətənin azadlığı yolunda qurban verənlər necə olsun? Qarabağ qazisi Vüqar Tofiq oğlu Məmmədova qoluqandallı ev dustaqlığı da seçmək olmaz? Necə olur, dövlətə xəyanətdə suçlanan şəxs villasında dustaq edilir, amma dövlətin müdafiəsində xidməti olan şəxsin evdə dustaqlığı ittihamın da, məhkəmənin də yadına düşmür? Bəlkə Vüqar bəyin evi yoxdur, ona görə evdə “elektron qandal”la təltif oluna bilməz?

Qarabağ qaziləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qazi və şəhid ailələrinə 2009-cu ildə tikilən və PA, NK, Nərimanov RİH məmurlarının zəbt etdiyi evlərini təklif edir. Bu evin məhbəsdən elə böyük fərqi yoxdur, dörd yandan evi zəbt edənlərin hasarları ilə çevrələnib, pandüsü belə yoxdur, evin iç divarının hündürlüyü,  ən azı, 2.7 metr olmalı olduğu halda, əlil, şəhid evində 2.5 metrdir; həyəti, bir dənə ağacı da yoxdur. Məhbəsdən nəyi pisdir? Qoy Qarabağ qazisi Vüqar Tofiqoğlu bu məhbəsdə “elektron qolbaq”da hökmünü gözləsin də! Onsuz da hökm də öncədən hazırdır, belə siyasi ittihamların hökmləri öncədən bəllidir.

Vüqar Tofiqoğluna “ev dustaqlığı” “azadlığı”!

Məğrur BƏDƏLSOY,

Qarabağ qazisi

P.S. Savaş dostumuz Vüqar Tofiq oğlu Məmmədovun həbsini eşitdiyimiz ilk gündən müdafiəsinə qoşulmuşuq. “QARABAĞ QAZİLƏRİNİN VÜQAR TOFİQ OĞLU MƏMMƏDOVUN MÜDAFİƏ KOMİTƏSİ” olaraq Prezident İLHAM ƏLİYEV CƏNABLARINDAN, 1-ci vitse-prezident, XANIM MEHRİBAN ƏLİYEVADAN Qarabağ savaşı qazisi  Vüqar Məmmədovun ev dustaqlığına buraxılmasını diləyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri