Hüseyn buna görə oğlunun müğənni olmasını istəyir
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu oğlu Məhəmmədin müğənni olmasını istəyir.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, müğənnilərin yaxşı qazandığını və bu səbəbdən də övladının bu sahədə çalışmasını istədiyini bildirib:
"Çox istəyərdim ki, Məhəmməd klarnet ifaçısı yox, müğənni olsun. Mən və 2-3 klarnet ifaçısı var ki, qazancımız normaldır. Amma bu sahə çox çətindir, bununla böyük işlər görmək olmur. Bir naxışdır ki, cəmi 2-3 nəfərə düşür və onlar nəsə edə bilir. Ona görə də müğənni olmaq yaxşıdır, onlar yaxşı qazanırlar. Elə yaxşı və pis müğənnilər var ki, xeyli qazanırlar. Amma inanmıram ki, Məhəmməd pis müğənni olsun. Onu fərqli sahələrdə təhsilli edəcəyəm, amma müğənni olmasını istəyirəm. Bəzən evdə də deyirlər ki, 'bəlkə səsi olmadı?'. Cavab verirəm ki, guya indikilərin səsi var? Yaxşılardan uzaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 İyul 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















