Hüseyn Işıksal: Qərbi azərbaycanlılarla Şimali kiprlilərin ortaq cəhətləri çoxdur
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Təşkil edilən bu konfransın əsas məqsədi Qərbi azərbaycanlıların Ermənistanda məruz qaldığı insanlıq əleyhinə münasibət, onların torpaqlarından zorla çıxarılmasının dünya ictimaiyyətinə çatdırılması və torpaqlarına geri qayıtmaları ilə bağlı məsələləri müzakirə etməkdir".
Bunu Oxu.Az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda keçirilən ikinci beynəlxalq konfransında Şimali Kipr Türk Respublikası prezidentinin Baş müşaviri Hüseyn Işıksal deyib.
Onun sözlərinə görə bu istiqamətdə Qərbi azərbaycanlılarla Şimali kiprlilərin ortaq cəhətləri çoxdur:
"Çünki azərbaycanlı qardaşlarımızın yaşadığı əziyyətləri biz də yaşamışıq. Məlum olduğu kimi, Kipr türk xalqının da əksəriyyəti qaçqınlıq həyatı yaşayıb. Ona görə də Qərbi azərbaycanlılarla Şimali Kipr Türk xalqının mübarizəsi ortaqdır - hamımızındır. Biz ancaq bütün türk dövlətləri olaraq bir yerdə olduğumuz müddətdə haqlarımızı qoruya bilərik. Bizim istədiyimiz odur ki, Qərbi azərbaycanlılar torpaqlarına geri qayıtsın, Şimali Kipr Türk xalqına qarşı olan insanlıq əleyhinə davranışlar sona çatsın, Yunanıstanda yaşayan Qərbi Frakiya (Trakya) türkləri də beynəlxalq hüquqa əsasən etnik status alsın. Bu mübarizəmizi də sona qədər davam etdirəcəyik".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Dekabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















