Icma.az
close
up
RU
Husilər: ABŞ Yəmənin paytaxtı Sənaya 15 hava hücumu təşkil edib

Husilər: ABŞ Yəmənin paytaxtı Sənaya 15 hava hücumu təşkil edib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Husilər həmçinin ABŞ-ın son 24 saat ərzində Omran və Səda şəhərlərinə 27 hava hücumu təşkil etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, husilər ABŞ-ın Yəmənin paytaxtı Sənaya 15 hava hücumu təşkil etdiyini açıqlayıb.

Husilərə bağlı "Əl-Məsirə" telekanalının yayımladığı xəbərə görə, ABŞ Sənanın cənub və şimalına hava zərbələri endirib. Xəbərdə ABŞ döyüş təyyarələrinin Sənanın müxtəlif bölgələrinə 15 hava hücumu təşkil etdiyi bildirilib. Hücumun nəticələri ilə bağlı təfərrüatlar verilməyib, ABŞ isə hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Husilərdən başqa bir açıqlamada ABŞ-ın son 24 saat ərzində Ümran və Səda şəhərlərinə 27 hava hücumu təşkil etdiyi qeyd edilib.

Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.

Husilərin lideri Əbdül-Malik əl-Husi ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikcə, dənizdə naviqasiya ilə bağlı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.

Husilər ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bir sıra şəhərlərə endirdiyi hava hücumlarında 79 nəfərin öldüyünü, 107 nəfərin yaralandığını bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri