Icma.az
close
up
RU
Husilər BMT işçilərini İsraillə əlaqələri iddiası ilə mühakimə edəcəklər

Husilər BMT işçilərini İsraillə əlaqələri iddiası ilə mühakimə edəcəklər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Üsyançı Ənsar Allah hərəkatının bir hissəsi olan Husilər, BMT təşkilatlarında işləyən ən azı 43 yəmənlini üsyançıların nəzarətində olan paytaxt Sənaya İsrailin hücumlarında iştirak ittihamı ilə mühakimə etmək niyyətindədirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Husilərin qurduğu hökumətdə xarici işlər naziri vəzifəsini icra edən Əbdül Vahid Əbu Ras "Reuters" agentliyinə bildirib.

"Təhlükəsizlik qüvvələri tərəfindən görülən tədbirlər tam məhkəmə nəzarəti altında həyata keçirilib. Hər mərhələdə prokurorluğa məlumat verilib", - deyə o, üsyançı hüquq-mühafizə orqanlarının prosesi "məhkəmə və qərar qəbuletmə nöqtəsinə" aparacağını qeyd edib.

Son bir neçə gün ərzində Husilər həbsdə olan ən azı altı BMT işçisini saxlayıblar. Oktyabrın ortalarında Ənsar Allah təhlükəsizlik qüvvələri Sənadakı BMT binasına icazəsiz daxil olaraq beş Yəmən vətəndaşını və 15 əcnəbini həbs ediblər. Bütün saxlanılanlar daha sonra sərbəst buraxılıblar.

BMT Baş katibinin sözçüsü Stefan Dujarricin sözlərinə görə, 2021-ci ildən bəri Husilərin nəzarətində olan ərazidə 59 BMT əməkdaşı saxlanılıb.

BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberqin ofisi mətbuata bildirib ki, diplomat oktyabrın 27-də Omanda Yəmən Ənsar Allah hərəkatının nümayəndələri ilə BMT işçilərinin azad edilməsi barədə danışıqlar aparıb.

28 avqustda İsrail təyyarələri Sənada Husilərin hədəflərinə zərbələr endirib və nəticədə Husilərin yaratdığı hökumətin başçısı və üsyançıların qərargah rəisi də daxil olmaqla bir neçə yüksək vəzifəli Ənsar Allah üzvünü öldürüb.

Hərəkatın lideri Əbdül Malik əl-Husi tərəfdarlarına etdiyi müraciətlərdən birində BMT işçilərinin Sənaya hücumların başlanmasına kömək edən kəşfiyyat məlumatlarını İsrailə ötürməsində iştirakına dair "təkzibolunmaz dəlillərə" sahib olduğunu iddia edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri