Husilər Ər Riyad aeroportunu vurdu Uçuşlar dayandırıldı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının sözçüsü Yəhya Saria “Telegram”da məlumat yayıb.
Dronlar və ballistik raketlə həyata keçirilən hücumlardan sonra hava limanında uçuşların dayandırıldığı bildirilir.
Sarianın sözlərinə görə, husilər həmçinin Səudiyyə Ərəbistanının Cizan şəhərində və Əsir dairəsində yerləşən bir sıra hərbi bazalara zərbələr endiriblər. Hücumlar nəticəsində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin zabit və əsgərləri daxil olmaqla onlarla şəxsin xəsarət aldığı iddia edilir.
Daha əvvəl isə Xamis-Müşeyt aviabazası və Abha hava limanı da husilərin hücumuna məruz qalıb.
Xatırladaq ki, sentyabrın əvvəlindən etibarən Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatının döyüşçüləri arasında aktiv hərbi əməliyyatlar başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Oktyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















