Husilər İran İsrail münaqişəsinə qoşulacağı təqdirdə ABŞ gəmilərinə hücum edəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər ABŞ-nin İsraili İranla münaqişədə birbaşa dəstəkləyəcəyi təqdirdə, onun Qırmızı dənizdəki gəmilərinə və donanmasına zərbələr endirmək niyyətindədirlər.
"Report" xəbər verir ki, bu barədə “Al Masirah” telekanalına müsahibəsində husilərin hərbi nümayəndəsi Yəhya Saria bildirib.
"Əgər ABŞ İsrailin İrana hücumuna cəlb olunarsa, onların Qırmızı dənizdəki gəmilərinə və hərbi donanmasına zərbə endirəcəyik", - o vurğulayıb.
Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.
Baxış sayı:119
Bu xəbər 21 İyun 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















