Husilər İsrail ərazisinə raket zərbəsi endirdi
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Hayfa şəhərində İsrailin obyektinə “hipersonik ballistik raket”lə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya bildirib.
"Yəmənin raket qüvvələri hərbi əməliyyat həyata keçirərək, işğal olunmuş Hayfa bölgəsində İsrailin kritik düşmən obyektinə hipersəs ballistik raketlə zərbə endirib. Bu, bir neçə saat ərzində ikinci belə əməliyyatdır", - hərəkatın nümayəndəsi Husilərə məxsus "Əl Məsirə" telekanalında bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında husilər İsrailin şimalındakı Ramat David aviabazasına raket zərbəsi endiriblər. İsrail ordusunun mətbuat xidməti hərbçilərin Yəməndən yeni raket buraxılışını qeydə aldığını bildirib. Bu gün səhər tezdən İsrail ordusu ölkənin hava məkanından kənarda bir raketi ələ keçirib.
Turan İSMAYIL
Baxış sayı:78
Bu xəbər 02 May 2025 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















