Husilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə növbəti raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər.
“Report” TASS-a istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Saria bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdəki hərbi obyektə hipersəsli ballistik raketlə hücum ediblər.
"Yəmənin raket qüvvələri işğal olunmuş Yaffo (Təl-Əviv) rayonunun cənubundakı İsrail hərbi obyektinə "Fələstin-2" hipersəsli ballistik raketi ilə hücum edib. Raket hədəfə uğurla çatıb və zərərsizləşdirilə bilməyib", - o bildirib.
Daha əvvəl İsrail ordusu Yəməndən raket buraxılışını qeydə alıb. Ordunun mətbuat xidmətinin məlumatına görə, raket İsrail hava məkanına çatmazdan əvvəl zərərsizləşdirilib. Ölkənin bir sıra ərazilərində raket təhlükəsi barədə xəbərdarlıq edən sirenalar səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















