Husilər Moha və Marib şəhərlərinə zərbələr endiriblər
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Husilər münaqişənin gərginləşməsi fonunda Yəmənin Moha və Marib şəhərlərinə yenidən raket, pilotsuz təyyarələrlə hücum həyata keçiriblər.
"Report"un "Al Jazeera" telekanalına istinadən məlumatına görə, hücumlar nəticəsində dörd nəfər ölüb, 12 nəfər yaralanıb.
Bazar günü gecəsi edilən hücumlardan biri Yəmənin Qırmızı dəniz sahilindəki liman şəhəri olan Mohanın ətrafı zərər çəkib, digər hüsumda isə şəhərin əsas yolu ziyan görüb. Dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Şənbə günü axşamı Husilər Maribin yaşayış məntəqələrinə altı ballistik raket və dörd pilotsuz təyyarə atıblar. Evlərə və mülki infrastrukturlara ziyan dəyib, dörd nəfər yaralanıb.
Daha əvvəl Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində "Ənsar Allah" hərəkatının husi silahlılarının obyektlərinə qarşı 181 hərbi əməliyyat keçirdiyini bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 16 Avqust 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















