Husilər: Səudiyyə Ərəbistanı hava limanını hədəfə alıblar
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları Səudiyyə Ərəbistanı qüvvələrinin paytaxt Sənadakı beynəlxalq hava limanını hədəf aldığını açıqlayıblar.
Turkustan.az xəbər verir ki, Husilərin sözçüsü Yəhya Seri bildirib ki, Səudiyyə Ərəbistanı qüvvələri Səna beynəlxalq hava limanına hava hücumu həyata keçirib.
Seri sözügedən hava hücumunun bölgədəki gərginliyin azaldılması prosesinə son qoyduğunu iddia etdi. Hücumun cəzasız qalmayacağını iddia edən Seri, Səudiyyə Ərəbistanının bu hərəkətin nəticələrini daşımalı olduğunu iddia etdi.
Bu arada, Yəmən ordusu İran təyyarəsinin Yəmənə eniş etməsinin qarşısını almaq üçün paytaxt Sənadakı beynəlxalq hava limanının uçuş-enmə zolağını hədəf aldığını açıqladı.
Bəyanatda Husilərin Yəmən milli aviaşirkət təyyarələrinin Səna beynəlxalq hava limanına eniş etməsinə mane olduğu və İran təyyarələrinin Yəmənin hava məkanını pozduğu bildirilib. Yəmənin müdafiə naziri Tahir əl-Uqayli bu yaxınlarda İran təyyarələrinin ölkənin hava məkanını pozduğunu və bu pozuntulara hərbi yolla cavab verəcəklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 İyul 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















