Husilər Yəmənin Taiz şəhərini vurdular: Ölənlər var
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Yəmənin cənub-qərbində yerləşən Taiz əyalətində dinc sakinlərin yaşadığı əraziyə "Ənsər Allah" (husilər) hərəkatı tərəfindən endirilən raket zərbəsi nəticəsində dörd mülki vətəndaş həyatını itirib, daha doqquz nəfər isə xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Yəmənin rəsmi SABA agentli məlumat yayıb.
Bildirilib ki, husilər Taizdə mülki şəxslərin olduğu Heycə-əl-Abd yolu üzərindəki əraziyə ballistik raketlə hücum ediblər. Zərbələrə məruz qalan bölgədə dağıntıların da olduğu qeydə alınıb. Yerli mətbuatın verdiyi xəbərə əsasən, hücumun hədəfi Taizi qonşu Lahc əyaləti və oradan da ölkənin müvəqqəti paytaxtı Ədən ilə birləşdirən Heycə-əl-Abd yolundakı sərnişin avtobusları olub.
Bundan başqa Yəmənin hökumət qüvvələri Taiz əyalətinin qərb hissəsində husilərə aid iki pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.
Hökumətə tabe olan Milli Müqavimət Qüvvələrinin hərbi media mərkəzinin bəyanatında bildirilir ki, husilərin iki zərbə PUA-sı Taizdən qərbdə yerləşən Bərah cəbhəsində məhv edilib.
Husilər hələlik bu məlumatlara münasibət bildirməyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 Sentyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















