Icma.az
close
up
RU
Husilərin aylar öncə yaralanan baş qərargah rəisi öldü Katz təşəkkür etdi

Husilərin aylar öncə yaralanan baş qərargah rəisi öldü Katz təşəkkür etdi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yəmən husilərinin qərargah rəisi Məhəmməd Əbdül-Kərim əl-Qəmari vəzifəsini yerinə yetirərkən öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə husilərə istinadən məlumat yayıb.

Husilər Təl-Əvivi onun qətlində ittiham etməsələr də, münaqişənin bitmədiyini və İsrailin törətdiyi cinayətlərə görə lazımi cəzanı alacağını açıqlayıblar. Telekanalın hesabatında əl-Qamarinin hansı şəraitdə öldürüldüyü göstərilməyib.

Husilər əl-Qamarinin İsrailin hava hücumu nəticəsində yaralanması xəbərindən aylar sonra onun ölümünü təsdiqləyiblər. General-mayor əl-Qəmari Səudiyyə Ərəbistanı və İsraildə hərbi kampaniyaları koordinasiya edib. O, 2021-2022-ci illərdə Marib əyalətindəki hücum əməliyyatlarına rəhbərlik edib.

İsrailin müdafiə naziri İsrael Katz öz X hesabında Əl-Qamarinin ölümünü şərh edib:

“Husi terror təşkilatı qərargah rəisinin dünyasını dəyişdiyini açıqladı… Mən Hərbi Kəşfiyyatın baş direktoruna gördüyü əla işə görə təşəkkür etdim”.

İsrailin baş naziri Benyamin Netanyahunun adından yayılan bəyanatda deyilir:

“İsrail dövlətinin qisasçı əli bizi məhv etmək üçün yola çıxan hər kəsə çatacaq. Bizə zərər vurmağa cəhd edən terrorçu komandirlərin məhv edildiyi siyahıya daha bir Baş Qərargah rəisinin adı əlavə olundu”.

Xatırladaq ki, avqustda İsrail ordusu Yəmənin paytaxtına 10-dan çox zərbə endirib. Hücum Husi liderlərini hədəf alıb. Hücum zamanı husilərin “baş naziri” Əhməd Qalib əl-Rahavi də daxil olmaqla bir neçə nəfər məhv edilib. İyunun 14-nə keçən gecə Baş Qərargah rəisi əl-Qəmariyə sui-qəsd cəhdi edilib. Lakin o yüngül xəsarətlərlə xilas olub.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri