Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı Türkiyədəki faciənin ANBAAN GÖRÜNTÜLƏRİ
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərində azərbaycanlı piyadanın faciəli şəkildə həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Hadisə Küçükçekmece rayonunda qeydə alınıb. Səki ilə hərəkət edən Azərbaycan vətəndaşının halı qəfil pisləşib və o, yola yıxılıb. Bu zaman hərəkətdə olan servis mikroavtobusu yıxılan şəxsin üzərindən keçib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası piyadanın həyatını itirdiyini müəyyənləşdirib. Sürücü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb, meyit isə müvafiq ekspertiza üçün morqa təhvil verilib.
Hadisə anı ərazidəki obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı - Türkiyədəki faciənin ANBAAN GÖRÜNTÜLƏRİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















