“Hyatt Regency Baku”da Azərbaycan mətbəxinə innovativ baxış
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Hyatt Regency Baku” Azərbaycan qastronomiyasını müasir texnikalarla təqdim edən “The Chef Series” adlı kulinariya layihəsini həyata keçirir. Layihə hotelin premium restoran konsepsiyası çərçivəsində “Mezzo” restoranında təşkil olunur və Hyatt Regency Baku-nun beynəlxalq qastronomik vizyonunu əks etdirir.
Kulinariya seriyası hotelin icraçı baş aşpazı Kənan Balaşovun rəhbərliyi ilə hazırlanır. Fransız və yapon mətbəx texnikalarından ilhamlanan aşpaz yerli və mövsümi məhsulları əsas götürərək innovativ, estetik və balanslı menyular təqdim edir.
Hər ay fərqli mövzu üzrə keçirilən “The Chef Series” mərhələli servis formatı, yemək və şərab harmoniyası, eləcə də dayanıqlı mətbəx prinsipləri ilə seçilir. Layihə qonaqlara Azərbaycanın zəngin kulinariya potensialını müasir interpretasiyada təqdim etməklə yanaşı, “Hyatt Regency Baku”nun yüksək səviyyəli qastronomiya standartlarını ön plana çıxarır.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 09 İyun 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















