Icma.az
close
up
RU
“Hypers Quba” “Şəfa”nın Qubaya köçmək istəyini xoş qarşılamadı

“Hypers Quba” “Şəfa”nın Qubaya köçmək istəyini xoş qarşılamadı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

İcarə əsasında yararlandığı “ASK Arena”da qazonun keyfiyyətindən narazı qalan “Şəfa”nın bölgəni təmsil etmək, daha dəqiqi, Qubanı təmsil etmək niyyətində olduğu deyilir. 2-ci liqanın 25-ci turunda – “Şimal” ilə oyundan əvvəl azarkeşləri stadiona çağıran “Hypers Quba” isə “biletlər 10 manata deyil, pulsuzdu” yazıb. Bu da birbaşa “Şəfa”ya atmacadı.

Bu atmacanın “Şəfa”nın Qubaya köçmək istəyi ilə bağlı olub-olmadığını öyrənmək üçün “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevlə əlaqə saxladıq:

“Şəfa” əvvəlcə açıqlama verdi ki, İsmayıllıya köçmək istəyirik, sonra da dedilər ki, Bakıda 15 min yerlik stadion tikirik. Biz, sadəcə, şimal futboluna olan haqsızlıqğa ilk fürsətdəcə cavab vermişik. Bakıya gələn iki minə yaxın qusarlı azarkeşin haqqı yeyilmişdi. Bizim o postu paylaşmaqda məqsədimiz mövqeyimizi bildirmək idi. Qubaya gəlsələr, xoş gəlirlər. Şimalda peşəjar futbol klubları nə qədər çox olsa, o qədər yaxşıdı. Bizim öz yolumuz var, bu yoldan dönən deyilik”.


“Hypers Quba”nın prezidentindən “Şəfa” Qubaya köçəcəyi halda, stadionları necə “bölüşəcəklərini” də soruşduq:

“Yəqin bizə mane olmazlar. Bizim müqaviləmiz var. Onlar da hansısa müqavilə təklif edə bilərlər. “Şəfa” tərəfinin də öz yanaşması var. Bizə mane olmamaq şərti ilə heç kimə etiraz etmərəm. Gəlsinlər, oynasınlar”.


Yeri gəlmişkən, “Şəfa”dan da Qubaya köçmək ehtimalı ilə bağlı soruşduq. Paytaxt klubu belə xəbərləri təkzib edir...
MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri