Hyundai 69 060 avtomobilini GERİ ÇAĞIRIR
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Koreyanın "Hyundai Motor" şirkəti ABŞ və Kanadada 69 060 ədəd üçcərgəli SUV avtomobilini geri çağırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşya ilə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdə aşkarlanan nasazlıqdır.
Şirkət 2026-cı il istehsalı olan "Palisade" modelinin "Limited" və "Calligraphy" seriyaları üzrə geri çağırma sənədini Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli İdarəsinə təqdim edib. ABŞ-da isə bu modelin satışları dayandırılıb.
Məlumata görə, elektriklə tənzimlənən arxa oturacaqlarla bağlı sərnişinlərin sıxışdırılması halları qeydə alınıb. Bu hadisələrdən biri azyaşlı uşağın ölümünə səbəb olub.
Qeyd olunur ki, ötən ilin avqust ayının ortalarından bu il martın 9-dək şirkətə oturacaqlarla bağlı ümumilikdə 17 şikayət daxil olub, dörd sərnişin yüngül xəsarət alıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Mart 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















