Hyundai insanabənzər robotunu təqdim etdi FOTO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hyundai Motor Group" 2028-ci ildən etibarən avtomobil zavodlarında insanabənzər robotları istifadəyə verməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, şirkət bu addımı iri korporasiyaların istehsalatda yeni texnologiyalardan istifadə uğrunda rəqabəti fonunda atır.
Cənubi Koreya avtomobil nəhəngi qərarını Las-Veqasda keçirilən İstehlak Elektronikası Sərgisində (CES) açıqlayıb. Tədbirdə "Hyundai"yə məxsus "Boston Dynamics" şirkəti tərəfindən hazırlanan Atlas adlı humanoid robot nümayiş etdirilib.
Məlumata görə, "Hyundai Atlas" robotlarını qlobal istehsal şəbəkəsinə mərhələli şəkildə inteqrasiya etməyi planlaşdırır. Bu zavodlar arasında ABŞ-ın Corciya ştatında yerləşən müəssisə də var. Şirkət bildirib ki, robotlar zamanla daha çox funksiyanı öz üzərinə götürəcək.
Qeyd edək ki, humanoid robotlardan istifadə etməyi planlaşdıran şirkətlər sırasında Amazon, Tesla və Çinin BYD avtomobil istehsalçısı da yer alır. Hyundai isə robot-iti Spot ilə tanınan "Boston Dynamics" şirkətinin əsas səhmdarıdır.
Ümumi sənaye istifadəsi üçün nəzərdə tutulmuş Atlas robotları insanlarla birgə işləmək və avadanlıqları avtonom şəkildə idarə etmək üçün hazırlanıb. Hyundai-nin açıqlamasında bildirilib ki, bu texnologiya işçilərin üzərindəki fiziki yükü azaltmağa, təhlükəli tapşırıqları yerinə yetirməyə və istehsalda avtomatlaşdırmanı genişləndirməyə kömək edəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 07 Yanvar 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















