Icma.az
close
up
RU
“I Liqa Milli” marşrutu hara aparır?

“I Liqa Milli” marşrutu hara aparır?

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan milli komandasının bu gün açıqlanan heyətində ən qeyri-adi ad I Liqa ilə bağlı olub.

İdman.biz xəbər verir ki, baş məşqçi Fernandu Santuş “Qəbələ”də forma geyinən Şahin Şahniyarova dəvət göndərib.

O, yığmanın tarixinə uzun illərdən sonra aşağı dəstədən dəvət alan oyunçu olub. 20 yaşlı yarımmüdafiəçi son 20 il ərzində buna nail olan ilk futbolçudur.

Santuşa qədər heç bir əcnəbi mütəxəssis millimizdə belə addım atmasa da, artıq uzaqlaşan keçmişdə belə tapıntılar olub.

“Qızıl oğlan”
Azərbaycan millisi tarixində xaricdən deyil, öz çempionatımızın aşağı liqasında çağırılan ilk futbolçu Zaur Tağızadə olub. Adını ölkə futboluna “Qızıl oğlan” kimi yazdıran istedad Şahniyarovdan fərqli, artıq ulduz olduqdan sonra 1-ci liqadan milliyə gedib. Həmin vaxtadək yığmada xeyli oyun keçirən və qol vuran Zaur hələ MOİK OİK adlandığı dövrdə bu komanda ilə birlikdə güclülər dəstəsindən 1-ciyə yuvarlanıb. 2000-ci ilin sonunadək “hərbçilər”in sıralarında qalan Tağızadə həmin dövrdə də millinin liderlərindən biri kimi qalıb.

Torresin kəşfi
1-ci liqadan milliyə debüt üçün çağırılan ilk futbolçu isə Mahir Şükürovdur. 2004-cü ildə yığmanın “sükanı arxası”na keçən və futbol tariximizə ilk əcnəbi baş məşqçi kimi düşən Karlos Alberto Torres özünün bu postdakı debüt oyununda kəşfə ehtiyac duyub. Braziliyalı əfsanə 1-ci liqadakı “Gənclərbirliyi”ndə forma geyinən Mahiri İsraillə oyuna çağırıb və ona da debüt şansı verib. Bununla da Şükürovun yığmadakı uzun karyerasına start verilib.

SSRİ-də tarix yazan istedad
1-ci liqadan əsas milliyə dəvətdən danışarkən daha bir ada toxunmamaq mümkün deyil. Azərbaycan futbol tarixinin əfsanələrindən olan Yuri Kuznetsov da belə uğura imza atıb. O, 1955-ci ildə “Neftyanik”lə (indiki “Neftçi”) SSRİ-nin 1-ci liqasında oynayan hücumçu ittifaqın əsas yığmasında debüt edib. Sonradan Moskva “Dinamo”su onu “oğurlayıb”. Kuznetsov SSRİ millisi tarixinə aşağı liqadan çağırılan ilk futbolçu olub.

Vüqar Xeyrullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri