I Liqa: Şəfa sonda sevindi, Səbail lə MOİK in duelində qalibi 1 qol bəlli etdi
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan I Liqasında VII tur start götürüb.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün üç matç keçirilib.
Turun mərkəzi oyununda "Şəfa" ilə "Mingəçevir" üz-üzə gəliblər. Məhsuldar keçən qarşılaşmada sevinən tərəf paytaxt klubu olub. Elgiz Kərəmlinin komandası səfər oyununda qələbə topunu son dəqiqələrdə vuraraq 3 xalı əldə edib.
Liderin ən yaxın izləyicisi "Səbail" ilə MOİK-in duelinin taleyini isə 1 qol həll edib. "Dənizçilər"in ilk yarıda vurduğu qol matçda yeganə olub.
Daha bir iddialı "Baku Sportinq" "Cəbrayıl" ilə münasibətlərinə aydınlıq gətirib. Bakılılar bölgə təmsilçisi üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, turun iki oyunu ("Difai" - "Zaqatala" və "Şahdağ Qusar" - "Şimal") sabah keçiriləcək.
Azərbaycan I Liqası
VII tur
5 noyabr
“Baku Sportinq” – “Cəbrayıl” 2:0
Qollar: C.Muxtarlı, 37. E.Valiev, 61.
“Mingəçevir” – “Şəfa” 2:3
Qollar: S.Məmmədov, 32. K.Kalunqa, 80 - P.Azadov, 35. T.Quliyev, 45+2-pen. A.Ebrahimzade, 90+1.
“Səbail” – MOİK 1:0
Qollar: T.Əlizadə, 31.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















