I Liqa: Turun mərkəzi matçında qalib müəyyənləşmədi
Fanat saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın I Liqasında 14-cü tur bu gün start götürüb.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə keçiriləcək görüşlərdən ikisi 14:30-da, biri 17:00-da başlayıb.
Bugünkü oyunlar ilk "üçlük"də qərarlaşan komandaların iştirakı ilə reallaşıb. İkinci yerdə qərarlaşan "Baku Sportinq" iddialılardan MOİK üzərində inamlı qələbə qazanıb. Rahid Əmirquliyevli “Şahdağ Qusar” isə Cavid Hüseynovun komandası “Cəbrayıl”ı üstələyib.
Turun mərkəzi oyununda isə lider "Şəfa" "Səbail" ilə qarşılaşıb. Matçda hesab açılmayıb.
Azərbaycan I Liqası
XIV tur
12 fevral
“Şahdağ Qusar” – “Cəbrayıl” 4:2
Qollar: K. Adjey, 37. P. Aqblevor, 43. Y. Aşurov, 50. C. Qurbanlı, 68. - A. Eli, 34. D. Açimi-pen, 60.
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı. Olimpiya İdkan Kompleksinin stadionu.
“Baku Sportinq” – MOİK 2:0
Qollar: E.Tağıyev, 53. X.Məmmədli, 90+5.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Buzovna qəsəbə stadionu.
“Səbail” – “Şəfa” 0:0
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”.
Baxış sayı:165
Bu xəbər 12 Fevral 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















