Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

I “ölüm səddi”ni aşan leytenant

I “ölüm səddi”ni aşan leytenant

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Baş leytenant Ağaqardaş İlham oğlu Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında dil və ədəbiyyat ixtisası üzrə təhsil alıb. 

Gənc zabit  Cəlilabad rayonunda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsinin  ilk günündən isə ön cəbhəyə yollanan baş leytenant ağır döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı ayağından qəlpə yarası alan Ağaqardaş döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri də döyüş meydanından çıxarmağa cəhd göstərib. 

Füzulidə cəbhəni yaran, düşmənin möhkəmləndirilmiş müdafiə səddini keçən, işğalçının ən çətin postunu birinci alan həmlə briqadasının sıralarında döyüşən Ağaqardaş Abbasov ikinci müdafiə xəttinə çatanda şəhidlik zirvəsinə yüksəlib. Doğma kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”  medalları ilə təltif edilib.

Oxuduğu Hüseynxanlı kənd ümumi orta məktəbində təlim-tərbiyə nəticələri yüksək olan IX sinif baş leytenant Ağaqardaş Abbasovun adını daşıyır. Təhsil müəssisəsində igid şəhidimizin adına “Qürur guşəsi” də yaradılıb.

Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz ölümündən bir neçə ay sonra ata olub. Özünün istəyi ilə qızına İlknur adı verilib. Şəhidin atası İlham Abbasov deyir:  

 – Oğlumun ömrü də qardaşım kimi yarımçıq qaldı. İndi məzarlıqda biri atamın sağında, o biri də solunda uyuyur. Balam çox vətənpərvər idi. Hərbçi yoldaşları söyləyirdilər ki, müharibə xəbərini eşidəndə “torpaqlarımızı düşmən tapdağından xilas edəcəyik” deyib... Bizim kənddə 11 illik orta məktəb olmadığından uşaqlar doqquzuncu sinfi bitirdikdən sonra qonşu kəndə gedirdilər. Mən təsərrüfatla məşğul olurdum. 

Bir gün Pərviz müəllim dedi ki, bu uşaq çox savadlıdır, niyə qoymursan təhsilini davam etdirsin? Məcbur olub razılaşdım, uşağı oxumağa yolladım. Oğlumu o səviyyəyə, o savada Pərviz müəllimlə atası Cəmil müəllim çatdırdılar. Onların sayəsində ali məktəbə – Müəllimlər İnstitutuna qəbul oldu. 2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollandı.

Anası Dilbər xanım söhbət zamanı  bildirir:

– Ağaqardaş ailənin üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib. Vətən müharibəsi başlanan gündən şücaətlə vuruşub. Onun haqqında danışmaq mənim üçün çox çətindir... Oğlum qürurla yaşadı, şəhid oldu. Şəhidlərimizin qisası alındı. Vətən sağ olsun.

İndi şəhid atası və anasının ümid yeri, təsəllisi oğlunun yadigarı İlknurdur. Onunla nəfəs alırlar. İlknurun 5 yaşının tamam olmasına bir neçə ay qalır. Hələ atasının torpaqlarımız uğrunda şəhid olmasından xəbərsizdir. Böyüyəndə fəxrlə deyəcək ki, mən qəhrəman şəhid qızıyam.

M.MÜŞFİQ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri