Icma.az
close
up
RU
“I Pyotrun İstanbul haqda heç bir vəsiyyəti olmayıb... Krımı da Rusiyaya ABŞ işğal etdirib...”

“I Pyotrun İstanbul haqda heç bir vəsiyyəti olmayıb... Krımı da Rusiyaya ABŞ işğal etdirib...”

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əgər Rusiya Türkiyəyə qarşıdırsa, nə üçün 2016-cı ildə Ərdoğana qarşı avropapərəstlərin hazırladığı dövlət çevrilişinə cəhd zamanı Putin Ərdoğanı xilas etdi?..”

“Sovet dövründə mən indiki Sankt Peterburqda - Leninqrad universitetinin aspirantı olduğum vaxt I Pyotrun külliyyatının təhlili ilə məşğul olmuşam. Yazılarının bütün foto-surətləri ilə tanış olmuş, onların dilini və stilistikasını öyrənmişəm. Və əmin olmuşam ki...” 

“I Pyotrun İstanbulu işğal etmək haqda heç bir vəsiyyətnaməsi, vəsiyyəti olmayıb.. Ümumiyyətlə, ölümündən sonra heç bir vəsiyyətnaməsi olmayıb. Olanlar da saxta olub. Biri Qara Mirzənin yazdığı və “İstanbulu xilas etmək” üçün, ikincisi də Napoleonun fransız dilində tərtib etdiyi olub. Bu da Osmanlı Sultanını aldadıb, Türkiyəni oyuna qatmaq məqsədi güdüb. Bu gün də ermənilərin ortaya atdıqları bu vəsiyyətnamələr yenidən Türkiyəni Rusiyaya düşmən etmək üçün bir oyundur... 

Sovet dövründə mən indiki Sankt Peterburqda - Leninqrad universitetinin aspirantı olduğum vaxt I Pyotrun külliyyatının təhlili ilə məşğul olmuşam. Yazılarının bütün foto-surətləri ilə tanış olmuş, onların dilini və stilistikasını öyrənmişəm. Və əmin olmuşam ki, bu rus imperatorunun heç bir vəsiyyətnaməsi-filanı olmayıb. Ortaya çıxarılanlar isə sonradan yazılmış, orijinalı üzə çıxmayan saxta sənədlərdir. Bir az Rusiya və Avropa tarixindən xəbəri olanlar bu “vəsiyyətnamə”nin hansı səbəbdən və nə məqsədlə yazıldığını yaxşı bilirlər. Mənim bu haqda 2017-ci ildə Moderator.az-a geniş açıqlamam olub. Oxuya bilərsiz(burada:)”.  

Bu fikirləri Moderator.az-a açıqlamasında dünən – avqustun 27-də siyasi şərhçi Heydər Oğuzun saytımızda “I Pyotrun İstanbulla bağlı vəsiyyətinin yerinə yetirilməsindən ötrü Krımın işğalı Rusiya üçün çox önəmlidir..." başlığıyla getmiş açıqlamasına münasibət bildirərkən siyasi analitik Tahir Cəfərli ifadə edib.

 “Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Niyə? Çünki əslinə qalsa, Türkiyə yalnız Amerika ilə yaxındır. Bütün generalları ABŞ hərbi məktəblərini bitirənlər və yaxud orada təhsil almışların tələbələridir. Digər tərəfdən, əgər Rusiya Türkiyəyə qarşıdırsa, nə üçün 2016-cı ildə Ərdoğana qarşı avropapərəstlərin hazırladığı dövlət çevrilişinə cəhd zamanı Putin Ərdoğanı xilas etdi?.. Ərdoğan-Putin qarşılığı Atatürk- Lenin qarşılığını xatırladır. Tarixin isə spiralvari qanunu var, qısası tarix təkrar olunur.

Ərdoğan müdrik siyasətçidir, ölkəsini "orta dövlət" həddinə çatdırıb, başqa sözlə desək, onun ərazisindən bütün yüklər keçə bilər və sanksiyaların onlara dəxli yoxdur. İndiki dövrdə bu cür mövqe ən düzgün geo-siyasi addımdır. Hamı uduza bilər, təkcə Türkiyə yox. Bu ölkə Aİ-nin dağıdılması üçün ABŞ və Rusiya arasında katalizatordur”, -deyə davamında siyasi şərhçi diqqətə çatdırıb.

 “Putin hələ də Ukraynanın işğalını davam etdirməyə çalışır və iddia olunur ki, Putinin Krımı işğal altında saxlamaqda əsas məqsədi İstanbula gedən yolu qısaltmaqdır. Buna necə cavab verərsiz” sualını isə Tahir Cəfərli belə cavablandırıb.

“Çox yalnış iddiadır. Krımın işğalını Rusiya üçün ABŞ təşkil etmişdi ki, Avropa İttifaqını dağıtsın. Dağıdır da. Bu işdə ABŞ, Türkiyə və Rusiya bir arabanı çəkirlər. Özünüzə sual verin: Nə üçün NATO ölkəsi olan Türkiyə Ukrayna müharibəsinə qoşulmur? Söhbət Rusiyanın deyil, Aİ-nın dağıdılmasından gedir. Çünki bu ittifaq ABŞ-ın bir nömrəli rəqibidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri