Icma.az
close
up
RU
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 1-də I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriəcək. Bununla da qəbulun ikinci mərhələsinin I cəhdi tam yekunlaşacaq. Ötən həftə də II və III ixtisas qrupları üzrə blok imtahanı keçirildi.

Bəs görəsən bu dəfəki imtahandan gözləntilər nədir? 

Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, bu il I ixtisas qrupunda kəskin rəqabət olacaq:

"İyunun 1-i I və IV ixtisas qruplarının imtahanları ilə ali təhsil müəssisələrinə qəbul prosesinin birinci cəhd mərhələsi yekunlaşacaq. Bu imtahan həm iştirakçı sayı, həm də rəqabət səviyyəsinə görə strateji əhəmiyyət daşıyır. Xüsusilə I qrup ənənəvi olaraq riyaziyyat, fizika və texniki ixtisaslara yönəlmiş abituriyentlərin toplandığı ən kütləvi qrupdur və rəqabət burada daha kəskindir. IV qrup isə tibb sahəsi üzrə hazırlaşan abituriyentlərin cəmləşdiyi qrupdur və keçid balları bu sahədə hər zaman yüksək olub.

2025-ci il imtahan sessiyası bir neçə mühüm faktor baxımından əvvəlki illərdən fərqlənir. İlk olaraq, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, cari ildə qəbul imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlərin sayı 132 mini ötüb, bu isə əvvəlki illə müqayisədə təxminən 12 min nəfər çoxdur. Bu artım fonunda rəqabətin də güclənəcəyi, xüsusilə yüksək bal toplayan abituriyentlərin sayında sıxlıq yaşanacağı proqnozlaşdırılır”.

Kamran Əsədov deyib ki, II və III qruplar üzrə imtahanlarda müşahidə edilən sualların çətinlik səviyyəsi, xüsusilə də riyaziyyat və məntiq tapşırıqları bir sıra abituriyentlər üçün çətinlik yaratdı:

"Apardığım ilkin təhlillərlə qeyd edim ki, II və III qrupda riyaziyyat üzrə orta nəticə 9-11 bal aralığında dəyişir. Bu, fənnin strukturunun və sual dizaynının abituriyentlərin intellektual səviyyəsinə uyğunlaşdırılmasında balans problemini gündəmə gətirir.

2025-ci ilin I qrup imtahanlarında xüsusilə riyaziyyat və fizika suallarının daha yüksək taksonomiya səviyyəsində (təhlil, tətbiqetmə, yaradıcılıq) formalaşdırılacağı gözlənilir. Bu isə yalnız əzbər biliklə deyil, konseptual anlayış və məntiqi düşünmə qabiliyyəti ilə uğur qazanmağı tələb edir. Bu, həm də məktəb mühitində formalaşan təhsil ilə repetitor mərkəzlərində verilən bilik arasında fərqi bir daha üzə çıxaracaq. Eyni zamanda, bəzi məktəblərdə bu tip suallarla işləmə vərdişləri formalaşmadığı üçün, məktəb təhsilinə arxalanan abituriyentlər qeyri-bərabər start vəziyyətində qalır.

IV qrup üzrə imtahanda biologiya və kimya fənləri üzrə sualların praktiki bilik və anlayışlara əsaslanan tapşırıqlar şəklində təqdim olunması ehtimalı var. Bu, yalnız nəzəri bilik deyil, məsələyə elmi yanaşmanı tələb edir. 2024-cü ildə IV qrup üzrə ən çox rast gəlinən problem, kimya fənnində maddələrin qarşılıqlı təsirlərinə dair sualların səhv başa düşülməsi və qavrama səviyyəsindəki çatışmazlıq olmuşdu.

Bu il qəbul prosesindəki başqa bir dəyişiklik də dövlət sifarişli yerlərin sayında cüzi artımdır – cəmi 2% artım qeyd olunub. Bu artım rəqəmsal olaraq kiçik görünsə də, yüksək bal toplayan abituriyentlərin daha geniş ixtisas seçimi üçün mühüm əhəmiyyət daşıyır. Amma real təsiri əsasən yüksək nəticə göstərənlərə olacaq, çünki aşağı balla dövlət sifarişinə düşmək əvvəlki illərlə müqayisədə daha çətin olacaq.

Digər diqqətçəkən məqam isə əmək bazarına uyğun ixtisas seçiminin aktuallığıdır. Bu il ilk dəfə olaraq bir çox valideyn və abituriyentlər üçün yalnız "prestijli ixtisas” deyil, iş tapmaq perspektivinə malik sahələr – mühəndislik, proqramlaşdırma, süni intellekt, biotexnologiya daha cazibədar görünür. Bu tendensiya da I və IV qruplarda marağın artmasına səbəb olub".

"DİM-in strukturu dəyişməsə, məktəb və repetitor fərqliliyi aradan qaldırılmasa, qiymətləndirmə metodikasına təkmilləşmə gətirilməsə, bu imtahanlar nəticə yox, sosial təbəqələşmənin bir göstəricisi kimi qalacaq.

İmtahanların nəticələri təkcə ali təhsilə qəbul göstəricisi deyil, eyni zamanda təhsil sisteminin real vəziyyətini, məktəblərdə fənn tədrisinin keyfiyyətini və idarəetmənin effektivliyini də açıq şəkildə üzə çıxaracaq. Ona görə də 1 iyun yalnız imtahan tarixi deyil, həm də təhsil sisteminin güzgüsünə çevriləcək bir gün olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 May 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri