I siniflər üçün rus bölməsi üzrə müsahibəyə start verilib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib. Valideynlər 6–20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər.
Bununla yanaşı bildiririk ki, müsahibə mərhələsi 12–31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun–12 sentyabr tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin "Çağrı mərkəzləri"nə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















