Icma.az
close
up
RU
I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir arada FOTOLAR

I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir arada FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı ilə Zəfər günü ərəfəsində şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib. 

"Unikal" xəbər verir ki, 44 nəfər şəhid övladını əhatə edən layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirmək, motivasiyasını artırmaq, uğurlu kadr kimi inkişaf etmələrini stimullaşdırmaqdır.

Layihə çərçivəsində I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilərək onların arasında münasibətin qurulması ilə Vətən müharibəsi şəhidlərinin övladlarının sosial adaptasiyasına dəstək göstərilməsinə şərait yaradılıb. 

Layihə ilə bağlı keçirilən tədbirdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, "Rabitəbank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin, millət vəkili Sevinc Hüseynova, YAŞAT Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov və digər qonaqlar iştirak edib. 

Tədbirdə çıxış edən Sadiq Əliyev şəhidlərimizin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqətin və dəstəyin vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, layihə uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri üçün faydalı olacaq.

"Rabitəbank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin öz çıxışında qeyd edib ki, "Rabitəbank" ASC, Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağı özünün korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq müəyyən edib. Bu çərçivədə, tərəfimizdən müxtəlif istiqamətli yardımlar, təhsil və iş imkanları yaradılması, eyni zamanda sosial layihələrdə iştirak edilməsi kimi fəaliyyətlər reallaşdırılıb. Bununla yanaşı, o öz çıxışında, cəmiyyətin hər bir fərdinin bu işdə rolunu vurğulayaraq, hər kəsi bu istiqamətdə daha fəal olmağa çağırıb.

Digər çıxış edən qonaqlar da şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, belə layihələrinin icrasını yüksək qiymətləndiriblər. 

Daha sonra tədbir “İnkişaf və imkanlar” mövzusunda panel müzakirə ilə davam edib. “Yüksəliş” müsabiqəsinin qaliblərindən ibarət spikerlər mövzu ilə bağlı sualları cavablandırıblar, öz təcrübələrini bölüşüblər. 

Həmçinin komanda müzakirələri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib, şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib. 
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri