I Yüksəliş müsabiqəsinin finalçısı mərkəz rəhbəri təyin olunub
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.
Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəşad Zəhmət oğlu Mehdizadə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinə direktor təyin olunub. Mərkəz aqrar sahədə təlim və informasiya-məsləhət xidmətləri göstərməklə əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanlar yaradır.
Aqrar Təlim Mərkəzi Aparatdan və respublika üzrə fəaliyyət göstərən 8 Regional Təlim Mərkəzindən ibarətdir.
Qeyd edək ki, Rəşad Mehdizadə I Yüksəliş müsabiqəsinin finalçısı olub.
Xatırladaq ki, R.Mehdizadə 2018-ci ilin əvvəlində həmin vaxt yeni yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində işə başlayıb. O, daha sonra yeni təyinata qədər agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.
R.Mehdizadə 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Daha sonra Türkiyənin Marmara Universitetində ictimaiyyətlə əlaqələr ixtisası üzrə magistr təhsilinə yiyələnib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyin sədri Sərdar Hacıyevdir(Oxu.az)

Yüksəliş müsabiqəsinin finalçısı vəzifəyə təyin edildi
25 İyun 2025 17:49
Beşinci Yüksəliş müsabiqəsinin yarımfinalçıları
08 İyun 2025 19:38
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş
10 Dekabr 2024 12:55
“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb
18 İyul 2025 23:31
Beşinci “Yüksəliş” müsabiqəsinin finalı keçirilir
20 İyul 2025 13:49

