İan İsraillə münaqişənin intensivləşməsi fonunda ABŞ la birbaşa danışıqlar aparıb
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi İsrailin keçən həftə İrana zərbələr endirməsindən sonra böhrana diplomatik son qoymaq məqsədilə bir neçə dəfə telefonla danışıb.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu haqda Reuters üç diplomata istinadən məlumat yayıb.
Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən diplomatların sözlərinə görə, Araqçi bildirib ki, İsrail iyunun 13-də başlayan hücumlarını dayandırmasa Tehranın danışıqlara qayıtmayacaq.
Onlar həmçinin bildiriblər ki, danışıqlarda İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq məqsədilə ABŞ-ın mayın sonunda İrana verdiyi təklifin də qısa müzakirəsi olub və Tehran bu təklifi indiyədək rədd edib.
ABŞ və İran rəsmiləri “Reuters“in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.
Məlumatda o da qeyd olunub ki, bu həftəki telefon danışıqları apreldə danışıqlara başlayandan bəri ən əsaslı birbaşa danışıqlar olub.
Tehrana yaxın diplomatlardan birini sözlərinə görə Araqçi Uitkoffa deyib ki, Vaşinqton İsrailə müharibəni dayandırmaq üçün təzyiq etsə, Tehran nüvə məsələsində çeviklik göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 19 İyun 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















