Icma.az
close
up
RU
İaşə soyğunu Qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti

İaşə soyğunu Qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Son günlərdə restoranların ödəniş qəbzinin fotolarını paylaşanlar çoxalıb. Bu yazı yazılan anlarda əldə 3 dənəsi var.

Paylaşımlara səbəb müştərilərin ödədikləri hesabı həddindən artıq, şişirdilmiş saymasıdır.

Sezar pizza

Qəbzlərin birindən anlaşılır ki, 2 adam nahar edib və 123 manat 90 qəpik hesab verib.

İkinci qəbzdən görünür ki, təxminən 4 adam 597 manat 30 qəpik hesab ödəyib.

Üçüncü qəbzi ictimailəşdirənlərin təşkil etdiyi ziyafətə yığışanlar 6 nəfər olub. Onlar da 1290 manat hesab veriblər.

Həmin qəbzləri burada yenidən paylaşaq, qoy oxucular adamların hansı qiymətə nə yediyini, nə içdiyini görsünlər.

Yuvarlaq götürsək, 1300 manatlıq ziyafətdə 3 şüşə “Sirab” suyunun 33 manata satılması ictimai diqqətə səbəb olmuşdu. Sanki o biri qiymətlə normalmış. Bu ona görə gözə görünür ki, “Sirab” müştəriyə on qat baha satılıb. Ancaq o biri təamların qiymətində də şişirdilmə xirtdəyə qədərdir.

Bir restoranda isə təkcə 4 maşının saxlanmasına görə 40 manat (hərəsinə 10 manat) alıblar. Bu da on qat artıq şişirdilmədir. Bir çox restoranlarda uzağı 1 manat parklama haqqı aalırlar, ya da almırlar. Elə supermarketlər var ki, bazarlıq edən sürücülərə əla parklama şəraiti yaradıb, amma ödəniş tələb etmir.

Bu cür şişirdilmiş qiymətləri normal sayan və müdafiə edənlərin əsas arqumenti budur: “Avropada da belədir”; “İtaliyada 4 adam, hərəyə bir pitsa yedik, 50 avro verdik”; “Brüsseldə spagetti yedik, bir kola içdik, 60 avromuzu aldılar” və s.

Əslində düz deyirlər, oralarda elədir. İaşə xidməti bahalıdır.

Amma ora Avropadır, orada əhalinin qazancı da burdakından 5-10 dəfə çoxdur. Avropalılar çox qazanırlar, çox xərcləyirlər. Onlar benzini də baha alırlar. İş görən ustaya (hər bir işçiyə) da bizdəkindən 5-10 dəfə artıq zəhməthaqqı verirlər.

Orada restoranlarda verilən yeməklərin qiyməti ona görə bahadır ki, ərzaqların maya dəyəri yüksəkdir, üstəlik, xidməti personala (aşpaza, qarsona, qabyuyana) yüksək maaş vermək lazımdır.

Bura Avropa deyil, burada ətin kilosu 15-20 manatdır. Başqa ərzaqlar da eləcə. Qabyuyana canları çıxa-çıxa minimum əməkhaqqı həcmində maaş verirlər, xidmətçilər 5-6 yüz manat maaş alır, ya almır. Bəlkə kababçılar bir az artıq qazana. Müdirlərin onlardan işləri keçir.

Di gəl, süfrəyə qoyulmuş təamların qiyməti hesablananda kalkulyator Avropa standartları ilə işləyir.

O boyda Avropadan götürdüyümüz yalnız otellərin, restoranların qiymət preyskurantıdır. Qalan məsələlərdə Avropa pisdir, orda deqradasiya gedir, dağılır.

Beləcə, 2-3 manatlıq dönərlə doyası mədəyə malik insanlar, necə deyərlər, bir qarın yeməyə, azı 60, çoxu 200+ manat ödəməli olurlar.

Bu xüsusda bir arqument də var: “Beşulduzlu oteldə dincəlmək, elit restoranlarda qidalanmaq lüks, komfort kateqoriyasına girir və bunlara görə çox pul ödənilməlidir.

Elədir. Ancaq məsələ ondadır ki, özünü “elit restoran” sayanlar son vaxtlar çox artıb və hamısı girəvəsinə düşəni soymağa çalışır.

Dünyanın ən bahalı çayının Azərbaycanda, Bakıda təklif edilməsi, hətta bunun məcburi xarakter daşıması (“bizdə belədir, ya çayı bu qiymətə, bütün dəsgahla birlikdə içəcəksiniz, ya da çay evini tərk edin”) barədə çox yazılıb, təkrar etməyək.

İaşə sektorunun sahibkarları hesab edirlər ki, bu ölkədə hamı pul kəsir və istənilən qiyməti ödəyəcəklər. Obyektlər də ya oliqarxlara, ya da yüksək mənsəbli məmurlara məxsusdur.

Düzdür, ölkədə, xüsusilə də paytaxtda imkanlı adamlar çoxdur və onlar lüks istirahətlərindən qalmırlar, amma baxaq, görək, hər gün restorana 1300 manat ödəyə biləcək neçə adam var.

Yəni restoranının qazancını ifrat varlı adamların və turistlərin səxavətinin ümidinə qoymaq rentabelli olmaya bilər.

Bu, cəmiyyətdə zümrəvi uçurum yaradan tendensiyadır. Bahalı restoranların, əyləncə yerlərinin yanından keçən yüz minlərlə insan özünü öz vətənində əzilmiş kimi hiss edir.

Bu cür şişirdilmiş qiymətlərin ən ciddi təsiri zamanla iaşəçilərin özünə olacaq. İnsanlar bir öynə yeməyə 100-200 manat verməkdən imtina edəcək, sərfəli alternativlər axtaracaq və tapacaqlar.

Vaxtilə məşhur olan şadlıq saraylarının hazırda ard-arda mərasim evlərinə çevrilməsinin sirri də bundadır. Onlar özlərindən sonra istifadəyə verilən “lüks palas”larla rəqabətə dözmədilər, qiymətlərini artırdılar, keyfiyyəti aşağı saldılar, daimi müştərilərini itirdilər və sıradan çıxdılar.

Hazırkı “elit restoran”lar da həm rəqabətə tab gətirə bilməyəcəklər, həm də barələrində aparılan bu kimi haqlı “qara piar”dan ziyan çəkəcəklər.

Ticarətin, xidmətin və iaşənin öz standartları, qayda-qanunları və əndazələri var. Qısa müddətdə sürətlə varlanmaq istəyənlərin hər addımı iflasa aparır. İaşəçilərin əsas gəlir qaynağı daimi müştərilərdir. Bu işlər hərəni bir dəfə soymaqla olmur.

Bu sayaq bahaçılıq ölkəmizi cazibədar turizm ölkəsi olmaqdan da çıxarır. 3-4 il öncə Qəbələdə bir toğlunun kababını yeyən əcnəbilərdən bir cöngənin pulunun alınması vaqiəsi hələ də unudulmayıb. İstənilən ölkədə iaşə soyğununa məruz qalan turistin bir daha həmin ölkəyə üzükməsi nadir haldır./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri