IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Avropa Giriş-Çıxış Sistemi (EES) aviasiya sənayesində hələ də ciddi narahatlıq doğurur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, EES sistemi Avropanın nəqliyyat əlaqələrini və cəlbediciliyini qoruyub saxlamaqla yanaşı, əməliyyat fəaliyyətinin davamlılığını, sərnişinlərin təhlükəsizliyini və sərhədlərin mühafizəsini təmin etməlidir:
"Artıq Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Belçika və bir sıra digər ölkələrdə reyslərin birləşməsində gecikmələr və fasilələr müşahidə edirik. Zəruri tədbirlər görülməzsə, yay mövsümündə vəziyyət daha da pisləşə və sərnişinlər üçün ciddi narahatlıqlara səbəb ola bilər".
O vurğulayıb ki, dövlətlər dörd əsas istiqamətə diqqət yetirməlidirlər:
"Birincisi, sərhəd məntəqələrinin xüsusilə pik saatlarda kifayət qədər işçi heyəti ilə təmin olunması zəruridir. Reyslərin cədvəli əvvəlcədən məlumdur. Buna görə də resurslar gözlənilən sərnişin axınına uyğun olmalıdır.
İkincisi, özünəxidmət terminallarının fasiləsiz işləməsinə və sərnişinlərə yardım göstərməyə hazır olan əməkdaşların mövcudluğuna zəmanət verilməlidir.
Üçüncüsü, EES mobil tətbiqi yalnız ayrı-ayrı ölkələrdə deyil, bütün Avropada tətbiq edilməlidir.
Biz həmçinin Avropa İttifaqını sentyabrın 7-dən sonra sistemin fəaliyyətinin qismən dayandırılması imkanını uzatmağa və lazım gəldikdə onun tətbiqinə icazə verməyə çağırırıq. Bundan əlavə, gözləmə vaxtı və səmərəlilik göstəriciləri məsələlərində aviaşirkətlər və hava limanları ilə şəffaf qarşılıqlı əlaqənin təmin edilməsi tələb olunur", - R.Şvartsman bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 06 İyun 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















