İBB də NÖVBƏTİ ƏMƏLİYYAT İmamoğlunun çevrəsindəki daha 22 nəfər həbs olundu
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində İBB-nin Mətbuat, Nəşriyyat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Taner Çetin də daxil olmaqla 22 şübhəli barəsində həbs qərarı verilib.
“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, Taner Çetin hazırda həbsdə olan keçmiş İBB sədri Ekrem İmamoğlu ilə daha öncə Beylikdüzü Bələdiyyə Başqanı olduğu dövrdən bəri yaxın əlaqədə olub və İBB-yə bağlı “Medya A.Ş.” və “Kültür A.Ş.” şirkətlərində bəzi şübhəli fəaliyyətlər həyata keçirib.
İstintaq sənədlərinə əsasən, Taner Çetinə yaxın olan şirkətlərə tenderlərin təşkil edildiyi, bu şirkətlərdən rüşvət müqabilində maddi mənfəət əldə olunduğu, həmin gəlirlərlə daşınar və daşınmaz əmlaklar alındığı bildirilib. MASAK (Maliyyə Cinayətlərini Araşdırma İdarəsi) hesabatına görə, bu alış-verişlərdə ödənişlərin birbaşa “Medya A.Ş.” və Kültür “A.Ş.”-dən tender qazanan şirkətlər vasitəsilə həyata keçirildiyi, həmin şirkətlərdən başqa şəxslərə də pul köçürmələri edildiyi iddia olunur.
Çetinlə yanaşı, rüşvət mexanizminə daxil olduqları iddia edilən İBB işçiləri, şirkət nümayəndələri və şirkət əməkdaşları daxil olmaqla ümumilikdə 22 nəfər haqqında həbs qərarı çıxarılıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















