Icma.az
close
up
RU
İblisə məktub Kənan Hacının yeni hekayəsi

İblisə məktub Kənan Hacının yeni hekayəsi

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Kənan Hacının "İblisə məktub" hekayəsini təqdim edir.
Yatanları yuxudan oyatmaq vəzifəsini həyətdəki qəfəsə salınmış tutuquşu öz boynuna götürmüşdü. Tək ördək Səlimə arvadın qapısını dimdiyilə döyüb fasiləsiz qaqqıldayırdı. Səhər yeməyinin vaxtı keçirdi deyin, əsəbiləşmişdi. Hansı ağacdansa qopub düşmüş sarı yarpaq öz kögləsi ilə oynayırdı. Taleyin qəfil döngəsini burulub bu həyətlə üzbəüz qalmış yazıçı kətilin üstündə oturub siqaretini tüstülədirdi. Dəmir darvazanın ağzında dayanmış köhnə qara “Jiquli” süfrəyə qonmuş peyin milçəyinə oxşayırdı.
Dağlı çörəyinin qoxusu bütün məhəlləyə yayılmışdı. Deyəsən, Solmaz xalanın təndirxanası işə düşmüşdü, yuxudan kal durmuş məhəllə kişiləri çörək növbəsinə tələsirdilər. Təndir tezbişən qazan idi elə bil, çörəyi yap, gözünü yum-aç, çıxar. Beş-on dəqiqədən sonra təndirxananın önündəki uzun növbə əriyib yoxa çıxırdı.
İşə tələsənlər yeyin addımlarla avtobus dayanacağına tələsirdi. Yazıçı bütün bunları müşahidə edirdi. O, bütün gecəni oyaq keçirmişdi. Yuxusunu ərşə çəkən nə idi, görəsən?
O, ruhunu iblisə satmaq haqda düşünürdü. Amma bunun yolunu bilmirdi; bu vaxtacan iblislə alış-verişi olmamışdı. Bəs səbəb nə idi ki, binəva bu qərara gəlmişdi? İblis hara, yazıçı hara?!
Məsələ burasında idi ki, yazıçı nəfsinə məğlub olmuşdu. Olur belə şeylər, hamımız insanıq. Yazıçı göydən zənbillə düşməmişdi ki. O da hər bir insan kimi bu dünyada bir az pul və xoşbəxtlik arzulayırdı. Hesab edirdi ki, bu vaxtacan bihudə yaşayıb, səmərəsiz bir işlə məşğul olub.
O, xoşbəxtliyin nisbi anlayış olduğunu yaxşı bilirdi, bunu bilə-bilə nəfsin üzünə gülümsəyirdi. Nəfs onun qulağına pıçıldayırdı ki, bəsdir kasıb yaşadın, bu dünya kef, əyləncə yeridir. Sən də vaxtını fövtə vermə, iblislə razılığa gəl, o səni dünya malından ğəni edəcək. Heç olmasa, bundan sonra adam kimi yaşa. O qələm ki, sənə var-dövlət gətirmir, onu qır tulla. Arvad-uşaq da bir gün görsün, özün də cənnəti nağd bu dünyada yaşa. Nağdı qoyub nisyənin dalınca qaçma. O dünyaya etibar yoxdu...
Qohum-əqraba yazıçının evinə qonaq gələndə kitab rəflərindəki kitabları görüb dodaq büzürdülər. “Nəyivə lazımdır bu kitablar? Tulla getsin, evdə nəfəs almaq olmur, zalım oğlu. Bu toz-tozanağın içində necə yaşayırsan?” Bu cür tənə-təhnizlər yazıçını bezdirmişdi. Arvadı da qohumlarla həmrəy idi; arada ərindən xəlvət əlinə keçən kitabı, jurnalı zibillərin gözünə qatıb tullayırdı. Zavallı yazıçı axtardığı kitabı tapa bilmirdi.
Yazıçı sübh obaşdan tərəddüd körpüsünün kənarında oturub dərin fikrə qərq olmuşdu. Ehtiyac içində keçən ömrü, yazdığı kitablar gözünün qabağına gəlirdi. O kitablardan birində iblisi yaş yuyub quru sərmişdi. Görəsən, iblis o kitabı oxuyub? İblisin vaxtı hardaydı kitab oxusun? Gününü kitab oxumaqla keçirsəydi, olardı elə yazıçının bir tayı. Bəs onun işlərini kim görəcəkdi?
Tinin başındakı villanın diyircəkli dəmir darvazası aramla açıldı və içəridən gözoxşayan ağ “Lexus” çıxdı. Qapı bağlandı və maşın yazıçının böyründən saymazyana şütüyüb keçdi. Sürücü ona heç gözünün ucuyla da baxmadı.
Yazıçı barmaqları arasında tüstüləyən siqareti kötüyünə qədər sümürüb yerə atdı və dabanıyla əzdi. Evə girib masa arxasına keçdi və iblisə məktub yazmağa başladı. Sonuncu nöqtəni qoyandan sonra dərindən nəfəs aldı. Həyətə çıxıb sonuncu siqaretini yandırdı.
Qəribə bir səksəkə içində yerinə uzandı. Arvadı və qızı hələ də şirin yuxuda idilər.
...Qapı şiddətlə döyülürdü. Şalvarını ayağına keçirib hövlnak özünü dəhlizə yetirdi. Qara kostyum geymiş ucaboy bir adam astanada dayanmışdı.
- Kim lazımdır?
- Siz, - kostyumlu adam hiyləgərcəsinə gülümsədi.
- Buyurun, eşidirəm, - ev sahibi maraq hissiylə dilləndi.
- Məni tanımadınız? Mən sizin məktubunuza əsasən gəlmişəm.
Onu soyuq tər bürüdü, bilmədi nə cavab versin.
- Haqq-hesab vaxtıdır, müəllim. Xahiş edirəm, vaxtımı almayasınız, - çağırlmamış qonaq bu dəfə sərt ifadə ilə dilləndi.
- Mən... mən sizi çağırmamışam... – ev sahibi kəkələdi.
Kostyumlu zavallının yaxasından tutub onu küçəyə sürüdü. Ev sahibi gələn adama yalvarmağa başladı:
- Yox, üzr istəyirəm... Sizi tanıdım. Nəfsim məni yoldan çıxartdı. Mən qətiyyən sizi narahat etmək istəmirdim.
Adam onu naməlum istiqamətə doğru sürüyüb aparırdı.
- Dayanın! Heç olmasa, mənim bircə arzumu yerinə yetirin. Bircə arzumu!..
Naməlum adam özü də anlayırdı ki, ev sahibi ilə kobud rəftar edir. Qəfildən nə düşündüsə, onun yaxasını buraxdı.
- Yaxşı. Arzunuzu ərz edin. Amma bircə arzu. Tez olun, vaxtımı almayın. Başqa ünvanlara da baş çəkməliyəm.
Ev sahibi ətrafa boylandı, yolun kənarında göz oxşayan ağ “Lexus” dayanmışdı.
- İstəyirəm ki, sən bu maşına minib cəhənnəm olasan və bir də heç vaxt insanları narahat etməyəsən.
Ev sahibi sözünü bitirməmiş baxdı ki, naməlum adam “Lexus”un sükanı arxasında əyləşib. Maşın tozanaq qoparıb bir anın içində gözdən itdi.
...Yazıçı yuxudan oyananda gün teştə çıxmışdı. Səlimə arvad ördək üçün qarğıdalı dənələyirdi, tutuquşu arvadın çiynində oturub öz nəğməsini ötməkdəydi. Yazıçı yerindən dik atılıb yazı masasına cumdu. Sübh tezdən iblisə yazdığı məktubu cırıb zibil qutusuna atdı...


7-8 sentyabr, 2025

Alim Qasımov Torontoda konsert verdi "Ulucayın məqsədi nə ölümü, nə də səbəbini göstərməkdir" - Mətanət Vahid Dünyanın ən hündür körpüsü tikildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri