Icma.az
close
up
RU
İBN SİNADAN HƏR DƏRDƏ DƏVA MƏSLƏHƏTLƏR Cinsi zəifliyin çarəsi...

İBN SİNADAN HƏR DƏRDƏ DƏVA MƏSLƏHƏTLƏR Cinsi zəifliyin çarəsi...

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Tibb və fəlsəfə ilə bağlı məşhur əsərlər yazan İbn Sina İslam Qızıl Dövrünün ən mühüm həkim, astronom və mütəfəkkirlərindən biridir. Onun fəlsəfi baxışları bir neçə əsr ərzində Qərb mütəfəkkirlərinin diqqətini cəlb etmiş, kitabları fəlsəfənin ən mühüm mənbələri sırasında olmuşdur.

Tibb sahəsində onun "El-Kanun fi't Tıbb" (Tibbin əsasları) adlı ensiklopedik kitabı 12-ci əsrin sonlarına doğru Latın dilinə tərcümə edilib. 17-ci əsrin sonlarına qədər Avropa universitetlərində tibbi tədqiqatlar üçün əsas mənbələrdən hesab edilib.

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sinanın min il əvvəl qələmə aldığı “Kiçik Tibb Qanunu” kitabında yazılan reseptlər bu gün də bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Kitabdakı faydalı məlumatlardan bir neçəsini təqdim edirik:

Baş ağrısından xilas olmaq üçün...

“Şiddətli baş ağrılarına qan səbəb olur. Əlaməti isə bunlardır: üz qızarması, damarların nəzərə çarpması və nəbzin artması. Bu xəstəliyin əsas dərmanı qan vermək və hacamat (bədəndəki çirkli qanın atılması) etdirməkdir. Faydalı olan ərzaqlar: yumurta sarısı, armud və sirkə”.

Eşq acısı, depressiya və hamam

Depressiya, yuxusuzluq, sayıqlama, zehni yorğunluğu aradan qaldırmaq üçün İbn Sina xəstələrə sulu xörəklər yeməyi məsləhət görüb. Bu zaman sulu xörək bədəni nəmləndirir. Məşhur loğman eyni zamanda belə insanlara hamama getməyi də tövsiyə edib. O deyərdi ki, zehni yorğunluğu olan insanlara bənövşə yağı qoxlatdırın. Bu, bədənin dərmanıdır: “Eşq acısı isə psixoloji xəstəlik növüdür. Belə adamlara ağrıları yüngülləşənə qədər nəsihət verilməlidir. Ya da daim işlə məşğul olmalıdır ki, fikri qarışsın”.

Nəfəs darlığı, təngənəfəslik

İbn Sina 1000 il əvvəl astmaya qarşı bu şəfalı bitkiləri təklif edib: “Bir kimsə gəzərkən nəfəs darlığı, təngənəfəslik və sinəsində ağrı hiss edərsə, ona bişirilmiş quru dərman çödükotu verilir, ada soğanı, gəvən, sarı əncir, qabıqsız badam bal ilə birlikdə içirilir. Qoz yağı ilə birlikdə noxud suyu və isti su içirilir, şüyüd yedirilir”.

Böyrək daşlarına qarşı

“Böyrəklərdə şiddətli ağrıların və sidik kisəsində qum yığılmasının səbəbi böyrəklərdə yaranmış daşlardır. Xəstəyə bu dərmanlardan biri verilir: Qabıqsız qarpız çəyirdəyi, üyüdülmüş üzüm çəyirdəyi, kərəviz və ya cirə toxumu. Tikan çəkirdəyi, gülxətmi toxumu, üyüdülmüş molehiya toxumu təzə və turşməzə alkoqolsuz içkiylə birlikdə əzilərək içilir. Ağır yeməklər və süd məhsulları qadağan edilir, acı badam yağı ilə qara noxud verilir”.

Uçuq və göbələk

“Dodaq uçuqlaması və ya göbələyi sağaltmaq üçün həmin nahiyələrə sarı semyami toxumu ilə meyan kökü yarpağının qarışığını sirkə ilə birlikdə sürtün”.

Cinsi istəksizlik

“Xəstəyə yağlı acı və soyuq şəkərli südlə zəncəfil içirilir. Belinə bənövşə yağı sürtülür, şirin içkilər qadağan edilir, balıq əti verilir. Soyuq təbiətli insanlara isə zəncəfil, qaynadılmış yumurta və uzun bibər verilir. O cümlədən, bal ilə soğankimilər, toyuq, quş əti verilib bayat içkilər içirilir. Bel jasmin yağı ilə masaj edilir”.

Aşırı cinsi istək ziyandır

“Yaşından asılı olmayaraq bir kəsin cinsi isyətinin həddən artıq olması ziyandır. Cinsi arzunun çox olması insanı yorur, iştahasını azaldır. Bu məsələ haqqında həddindən artıq düşünmək gözləri zəiflədir və zehni pozur”.

Xəmir yeməkləri və şirniyyat buna səbəb olur

İbn Sina şirniyyatlar haqqında min il əvvəl fikrini belə ifadə edib: “Şirniyyatlar iki növdür: Ballı və xəmir. Ballı varinatları ağızda əriyib mədəyə gedərsə, həzmə kömək olur. Xəmirli variantlar isə həzmi ağırlaşdırır. Damarların tıxanmasına və oynaqların ağrımasına gətirib çıxarır. Şirniyyatlar qan yaradır, cinsi gücü artırır”.

Yeməkdən sonra ilıq qaynar içmək olarmı?

“Qızartma ilə qaynamış, qırmızı ət ilə balıq, quru ilə təzə, ət ilə süd, yumurta ilə ət, paxlakimilər ilə balığı bir yerdə yemək düzgün deyil. Su içmək susuzluğu aradan qaldırır. Lakin suyun miqdarı yeməkdən çox olmamalıdır ki, yanğını yatıra bilsin. Yəni yeməklə mədənin kütləsi arasına girsin. Suyun temperaturu nə çox soyuq, nə də isti olmalı deyil. Qaynar suda xeyir yoxdur”.

Təhsil başlamaq üçün ideal yaş həddi

“7 yaşı tamam olmayan uşaqları yorucu və çətin işlərlə yükləmək düzgün deyil. Çünki bu, uşağın dinamikliyini azaldır, yaxşı yetişməsinə mane olur”.

Çox və az yatmaq

“Yuxu orqanları sakitləşdirir və yeməklərin həzminə köməklik edir. İnsanı və nəfsini qoruyur. Bədəndəki təbii hərəkətlər yuxu ilə inkişaf edir. Lakin çox yatmaq orqanizmi soyudur, insanı keyləşdirir, üzü qurudur. Yuxusuzluq isə bədəni qurudur, enerjinizi alır, temperamenti pozur. Yuxusuz qalmaq zehni yorğunluğa gətirib çıxarır”.

1-17 yaşında hazır meyvə suları içməyin

“Ana uşağı süddən kəsdikdən sonra qidalara yönəlir. Bu zaman uşağı qidalandırmağa yeməklərin ən yüngül və həlimilə başlamalı, tədricən ağıra doğru getmək lazımdır. Lakin 7 yaşından 14 yaşına çatana qədər uşağa meyvə şirəsi içirtmək olmaz. Çünki bu, beyin və sinir sistemini zəiflədir”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri