İbrahim Borçalı izləyicilərini göz yaşlarına boğdu FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Müğənni İbrahim Borçalı sosial mediada etdiyi son paylaşımı ilə izləyicilərini duyğulandırıb.
Milli.Az xəbər verir ki, faciəvi şəkildə dünyasını dəyişmiş oğlunun uşaqlıq illərində anasına yazdığı həmin məktubu bölüşən sənətçi qeyd edib:
"Bu məktub illər öncə oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə, saf duyğularla yazılmışdır. Həmin məktubu qızım beş il boyunca gizlədib, verməyə cəsarət etməmişdi. Bu il isə istəyini yerinə yetirərək ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bugün bizimlə bölüşərək, göz yaşları ilə olsa da, bizi çox sevindirdin. Qürur duyuram səninlə, qızım.
Oğlum, nur içində yat. Sözlərin bu gün bizi sənə daha da yaxınlaşdırdı".
Xatırladaq ki, İbrahim Borçalının oğlu Rəhim 21 yaşında Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 İyun 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















