İbrahim Əliyev “İmişli”dən ayrılır?
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“İmişli”nin futbolçusu İbrahim Əliyevin taleyinə aydınlıq gəlib.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu mövqelərində çıxış edən 26 yaşlı forvard yaxın günlərdə Birinci Liqanın lideri “Şəfa”ya transfer olunacaq.
Məsələ ilə bağlı Aran klubu hələ rəsmi açıqlama verməyib.
Qeyd edək ki, futbolçunun “İmişli” ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsümdə Premyer Liqada doqquz oyunda cəmi 89 dəqiqə şans qazanan İbrahim Əliyev məhsuldar göstəricilərlə yadda qalmayıb. Bununla belə, Bizon Azərbaycan Kubokunda iki qarşılaşmada iştirak edən futbolçu bir qola imza atıb.
Baxış sayı:39
Bu xəbər 07 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















