İbrahim Tatlısesin model gəlininin evini su basdı
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulda şiddətli leysan yağışları şəhərdə həyatı iflic edərək fəlakətə səbəb olub. Bir çox ərazidə daşqınlar baş verib, gölə dönən yollarda nəqliyyat vasitələri su altında qalıb, sakinlər küçələrdə çarəsiz vəziyyətdə saxlanılıb. Meqapolis üzrə qeydə alınan subasmalar bəzi tanınmış simaların da mənzillərindən yan keçməyib.
BAKU.WS xəbər verir ki, evə getmək istəyərkən yolda qalan İbrahim Tatlısesin model gəlini Yasemin Şefkatli yaşadığı çətin anları sosial mediada izləyiciləri ilə bölüşüb.
İki saat yolda qaldığını bildirən Şefkatli "Ofisdən evə getmək üçün çıxdım, 3 saat eyni yerdə gözlədikdən sonra məcburən geri qayıtdım. Gecəni burada qalası olacağam. Allah küçədə qalan insanlara və heyvanlara kömək olsun", – deyə qeyd edib.
İdo Tatlıses ilə ailəli olan və əkiz övlad böyüdən model mənzilində də ciddi problemin yaşandığını açıqlayıb.
O, evinin son vəziyyəti ilə bağlı "Mənzilimizin ən alt mərtəbəsini su basıb. Səsimin çıxmamaq səbəbi budur, buna da şükür", - deyə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Oktyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















