İbrahim Tatlısesin qızı Dilan Çıtak atasına elə sözlər dedi ki...
Icma.az bildirir, Lent az portalına istinadən.
Reytinqləri keçən “Survivor” yarışmasında mübarizə aparan Dilan Çıtak uzun müddətdir münasibətlərinin gərgin olduğu atası İbrahim Tatlısesə eyham vurub.
Lent.az xəbər verir ki, atasının adını çəkmədən danışan Çıtak belə deyib:
“İnsanlar elə düşünür ki, guya mənim arxamda kimsə var və mən o adamın sayəsində bir yerə gəlmişəm. Amma tam əksinə, elə o insanlar ucbatından layiq olduğum yerə gələ bilmədim. Mən Amerikan pop musiqisi üzərində uğur qazanırdım. İngiliscə mahnılar oxuyurdum. Son 4-5 ildir türk dilində mahnılar oxuyuram.”
Çıtak sözlərini belə davam etdirib:
“Mən öz adımı ön plana çıxarmaq üçün çalışarkən, bir tərəfdən də mənə aid olmayan bir kimlikdən qurtulmaq üçün mübarizə aparıram. Amma digər müğənnilər elə deyil. Onlar özlərinə aid olmayan bir kimlikdən qurtulub sonra əsas kimliklərini yaratmaq üçün savaşmırlar. Mənim mübarizə apardığım iki sahə var və təbii ki, bir az geridə qalıram. Buna görə də Dilan Çıtaka bir az haqsızlıq edildi. Amma mən Dilan Çıtakayam və Dilan Çıtak olaraq böyümüşəm. Heç vaxt başqa bir mədəniyyətlə böyüməmişəm.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 Yanvar 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















