İbrahim Uzunca baş məşqçi postundan ayrılmağı özü istəyib türkiyəli mütəxəssis detalları açıqladı
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən “Xankəndi”də gözlənilməz dəyişiklik baş verib. Fasiləyə şərikli lider kimi yollanan qarabağlıların baş məşqçisi İbrahim Uzunca artıq klub akademiyasında uşaq futbolu üzrə əlaqələndirici vəzifəsində çalışacaq.
Təbii ki, bu dəyişiklik çox gözlənilməz oldu. İşlər yaxşı getdiyi vaxtda nəyə görə bu qərar verildi? İbrahim Uzuncanın “Football-plus.az”a açıqlaması:
“Sözün düzü, mən istədim. Akademiya qurulacaq. Bununla bağlı böyük işlər görmək lazımdı. Yüksək liqalara futbolçu yetişdirmək istəyirik. Bu da zaman alacaq prosesdi. Buna görə də həmişə komandanın yanında ola bilməyəcəkdim. Komandaya yenə də dəstəyimi göstərəcəm. Gələcək baş məşqçi kim olacaqsa, ona da əlimdən gələn köməyi edəcəm. Tək hədəfimiz çempionluqdu. Kimin baş məşqçi olacağını bilmirəm. Azərbaycanda istedadlı, savadlı uşaqlar var. Onlarla məşğul olmaq lazımdı. Təməli olmayan bina tez çökər. Klubun təməli olmalıdı. O vaxt “Bakı”da da belə işləyirdik. Gözəl nəticələrimiz var idi. Mahir Emreli də göz qabağındadı. Belə nümunələrimiz çoxdu”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Yanvar 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















