İbrahimoviç Ronaldunun qalmaqallı açıqlamasını cavabsız qoydu Buna vaxtımı itirməyəcəyəm
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu yaxınlarda mətbuata açıqlamasında Səudiyyə Ərəbistanı çempionatının Fransa Liqa 1-indən üstün olduğunu iddia edən Krişianu Ronaldunun dedikləri ilə bağlı Zlatan İbrahimoviçdən münasibət öyrənməyə çalışıblar.
Fanat.Az xəbər verir ki, vaxtilə PSJ-nin heyətndə Fransa çempionatında çıxış edən sabiq forvard "Goal"a bu barədə belə danışıb:
“Burada cavab verəcək bir şey yoxdur - tərəflərdən birinin xeyrinə heç bir sübut yoxdursa, mübahisə yersizdir. PSJ çox yaxşı liqanı təmsil edən, Avropanın ən böyük klublarından biridir. Bəlkə də yalnız İspaniya və İngiltərə daha yaxşı liqaya sahib olduqlarını əminliklə deyə bilər. Mən Səudiyyə Ərəbistanı çempionatının daha yaxşı olması ilə bağlı iddiaya cavab verə bilmərəm - hətta vaxtımı da itirməyəcəyəm”.
Kriştianu Ronaldu artıq iki ildir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayır.
Mirağa
Baxış sayı:49
Bu xəbər 16 Yanvar 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















